Icma.az
close
up
RU
Perinetal Mərkəzdə baş verən yanğının məhkəmə işi

Perinetal Mərkəzdə baş verən yanğının məhkəmə işi

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxslər- Abasquliyeva Mehriban Adil qızı, Əhmədli  Elnur Bəylər oğlu və Mustafayev Hamlet Ziyadxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq Mehriban Abasquliyevanın vəkili Əliövsəd Abasov bildirdi ki, zərərçəkmiş şəxs qismində tanınan Elvin Nəcəfov və Vaqif Hacıyev məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmənin keçirilməsini və özlərini zərərçəkmiş kimi hesab olunmamalarını istəyiblər. 

Dövlət ittihamçısı Orxan Səmədov isə vəsatətə münasibət bildirib: "İbtidai istintaq orqanının mövqeyi olduğuna görə onlar zərərçəkmiş qismində tanınıblar və buna uyğun ifadə veriblər. Onların statusuna baxıla biləcəyi məhkəmə baxışına saxlanılsın və zərərçəkmiş statusu üzərlərində qalsın".

Vəsatətin qəbul olunmasını zərərçəkmişlər hakimin səlahiyyətinə buraxdılar. Vəkillər və təqsirləndirilən şəxslər verilən vəsatətin təmin olunmasını istədilər.

Məhkəmə yerində müşavirə edərək qərara aldı ki, xüsusi ittiham qaydasında cinayət olmadığı üçün vəsatət təmin olunmadı. 

Təqsirləndirilən Mehriban Abasquliyeva Perinetal Mərkəzdə yanğın baş verən zaman çəkilən videogörüntüləri məhkəməyə təqdim edib. 
Muxtar Mustafayev təqdim olunan videogörüntülərin qanuni yolla əldə olunduğunu, personalın özünün səhlənkarlıq etdiyini söylədi və təqsirləndirilən şəxs Mehriban Abasquliyevanın işlədiyi dövrdə səhlənkarlıq etmədiyini məhkəmənin nəzərinə çatdırdılar.
Hakim təqsirləndirilən şəxsin nümayəndəsi tərəfindən sonuncu verilən yazılı məktubları baxılmamış saxladı. 
Dövlət ittihamçısı Orxan Səmədov münasibət bildirərək, sonuncu verilən vəsatətlərin (video şəkillər, fotolar)  iş materiallarına əlavə olunmalıdır, ancaq baxılmamış saxlanılmalıdır.

Vəkillər və təqsirləndirilən şəxslər vəsatətlərin təmin olunmasını istədilər. 

Hakim müşavirə edərək vəsatətlərin cinayət işinin materiallarına əlavə olunması barədə qərar çıxartdı. 

Sonra hakim məhkəmə istintaqının başlanmasını elan etdi ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısına verdi. 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, "Respublika Perinatal Mərkəzin" Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. 

Qeyd edək ki, hər üç şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri