Peruda 7.2 maqnitudalı zəlzələ: xəsarət alanlar var KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun 20-də Peruda baş verən 7.2 bal maqnitudalı zəlzələ nəticəsində azı üç nəfər xəsarət alıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Mülki Müdafiə İnstitutu məlumat yayıb.
“Səhiyyə Nazirliyinin əməliyyat qərargahı hazırda Korakora xəstəxanasında tibbi yardım göstərilmiş üç yaralı barədə məlumat verir”, – deyə açıqlamada bildirilir.
Məlumata görə, yeraltı təkanlar nəticəsində 20-dən çox binaya ziyan dəyib.
Peru Geofizika İnstitutundan bildirilib ki, güclü zəlzələ Cənubi Amerika ölkəsinin mərkəzi hissəsində yerləşən Ayakuço departamentinin Korakora şəhərindən 35 kilometr şimalda qeydə alınıb. Yeraltı təkanların ocağı 108 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Peruda 6.6 bal gücündə zəlzələ baş verdiyi barədə məlumat yaymışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Avqust 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















