Icma.az
close
up
RU
Pərvanə Vəliyeva BMT Akademiyasının rəsmi üzvü kimi tanınıb Fotolar

Pərvanə Vəliyeva BMT Akademiyasının rəsmi üzvü kimi tanınıb Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT tərəfindən Parlament üzvləri üçün BMT Akademiyasının rəsmi üzvü kimi tanınıb.

“Qafqazinfo” xəbər verir ki, o, 24-29 avqust tarixlərində 30 müxtəlif ölkədən seçilmiş parlamentarilərlə birgə BMT-in Parlament üzvləri üçün Qlobal Dəyişim Liderləri Akademiyasında (Global Changemakers Academy for Parliamentarians- GCAP) müzakirələrdə iştirak edib.

Almaniyanın Bonn şəhərində yerləşən, BMT ofisində keçirilən proqram G20-in Qlobal Torpaq Təşəbbüsü tərəfindən, BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyası (UNCCD) və BMT Sisteminin Heyət Kolleci (United Nations System Staff College) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

Tədbir zamanı P.Vəliyeva Azərbaycanın COP29-a uğurlu sədrliyindən, əldə edilən nailiyyətlərdən və ölkəmizin ətraf mühitin qorunması və iqlim üzrə qlobal fəaliyyətinə dair təqdimatlar edib. O, Azərbaycanın “Təmiz Şəhər” konsepti, tullantıların təkrar emalı, torpaqların təmizlənməsi, eko-parkların salınması, eləcə də humanitar minatəmizləmə kimi uğurlu layihələri parlamentarilərlə bölüşüb.

Tədbir müddətində Bonn və Eşvailar şəhərlərinin merləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib, onların dayanıqlı və sağlam şəhərsalma təcrübələri öyrənilib, Almaniyada yerləşən Avropanın enerji təchizatında mühüm oyunçu olan enerji şirkətinə və ən böyük kömür mədəninə sahə səfəri edilib. 

P. Vəliyeva Azərbaycanın neft və təbii qazla zəngin ölkə olsa da, qlobal karbon emissiyasındakı payının 0.1% az olduğunu və bu xüsusda hələ də Avropada ekoloji cəhətdən ən çirkli yanacaq - kömürdən istifadənin təəssüf doğurduğunu bildirib.

Tədbir ərzində P.Vəliyeva BMT Sisteminin Heyət Kolleci dəvəti ilə BMT TV-də müsahibə verib.

O, müsahibədə iqlim dəyişmələrinin Yer kürəsində göllərə təsirindən, səhralaşmadan və Xəzər dənizinin qlobal istiləşmə, həmçinin antropogen təsirlərlə bağlı üzləşdiyi ekoloji problemlərdən bəhs edib. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan deputatlarla fikir mübadiləsi aparılıb. 

Sonda isə BMT tərəfindən millət vəkilinə “Parlament üzvləri üçün Qlobal Dəyişim Liderləri Akademiyasının” rəsmi üzvü kimi tanınmasını təsdiq edən sertifikat təqdim olunub. 

Qeyd edək ki, Akademiyada iştirak üçün 40-dan çox ölkədən, 145 müraciət daxil olsa da, sonda müsabiqə əsasında, 30 parlamentari seçilmişdi. 





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri