Icma.az
close
up
RU
Pərvinin pyesi Şəki teatrı səhnəsində

Pərvinin pyesi Şəki teatrı səhnəsində

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şəki Dövlət Dram Teatrında yazıçı-dramaturq Pərvinin müəllifi olduğu “Mən öləndə ağlama...” monopyesi əsasında eyniadlı monotamaşanın premyerası baş tutub.

525.az xəbər verir ki, tamaşa oktyabrın 19-da teatrsevərlərə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində Leyla rolunu teatrın gənc aktrisası Aytac İsmayılzadə ifa edir.

Lirik-psixoloji üslubda qələmə alınmış səhnə əsəri çağdaş cəmiyyətin bir çox aktual problemlərini önə çəkir. Baş qəhrəman Leylanın xəyali dialoqları və monoloqları vasitəsiylə ümumi cəmiyyətin ağrılı nöqtələri iri planda göstərilir.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanıb. Sonda yaradıcı heyətlə birgə əsərin müəllifi də səhnəyə dəvət olunub. Şəkini sənət məbədi hesab etdiyini dilə gətirən Pərvin tamaşaçılara təşəkkürlərini bildirib:

“Əziz şəkililər, mən tamaşadan əvvəl Mirzə Fətəli Axundzadənin evini ziyarət etdim. Dağların qoynunda, kiçik bir evdən boy göstərmiş bu böyük sənət qarşısında söz acizdir. Bu gün Mirzə Fətəlinin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın vətənində sözümün bu səhnədən səsləndirilməsi məndən ötrü son dərəcə böyük və əlamətdar hadisədir. Onu da qeyd etmək istəyirəm ki, illərlə fərqli auditoriyalar müşahidə etmək imkanım olub. Bu gün burada gördüyüm yüksək zövq və həssaslıq göstərən auditoriyaya sadəcə heyran odum. Tamaşanın yaradıcı heyətinə, gənc rejissor Elvin Nuri başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm”.

Sonda yaradıcı heyət tamaşaçılarla xatirə fotoları çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri