Icma.az
close
up
RU
Peşə bayramında jurnalistika üzrə magistr tələbəsi oldum MÜSAHİBƏ

Peşə bayramında jurnalistika üzrə magistr tələbəsi oldum MÜSAHİBƏ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Müşfiqə Bayramova tələbə adını qazanıb.

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, Müşfiqə Bayramova Bakı Dövlət Universitetinin magistratura üzrə 61,5 balla Beynəlxalq jurnalistika fakültəsinə (dövlət sifarişli) qəbul olub.

Bu münasibətlə AzEdu.az Təhsil Portalı Müşfiqə xanımla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

- Müşfiqə xanım, sizi ilk növbədə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

- Diqqətiniz üçün çox təşəkkür edirəm. Mən Bayramova Müşviqə Bakı şəhəri 163 nömrəli orta məktəbdə təhsil almışam. Daha sonra 2012-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Amma diplom almaq mənim üçün son deyil, başlanğıc idi.

Medianın İnkişafı Agentliyi tərəfindən elan olunmuş "MEDİA-Fərdi jurnalist müsabiqəsi"nin 2 dəfə qalibi olmuşam.

Hələ tələbəlik illərimdən etibarən media sahəsində aktiv fəaliyyətə başlamışam. Onlayn platformalardan tutmuş, ölkənin tanınmış televiziya kanallarında, xəbər portallarında jurnalist, redaktor və aparıcı kimi çalışmışam. “Mən öyrənmədən dayanmaram” prinsipi ilə hər işimdə bir addım irəli getməyə çalışmışam.

Son illərdə fəaliyyətim daha çox təhsil sahəsinə fokuslanıb. Abituriyentlər, tələbələr, müəllimlər hər biri ilə bağlı məsələlərdə maarifləndirici məqalələr, reportajlar hazırlamışam, təhsil ekspertləri ilə birgə layihələrdə iştirak etmişəm. Hədəfim düzgün məlumat, doğru istiqamət və faydalı nəticə idi.

Media mənim üçün sadəcə iş deyil, həm də missiyadır. Düşünürəm ki, jurnalist cəmiyyətin güzgüsüdür. Nə qədər dürüst və saf olarsa, ətraf da bir o qədər aydın görünər.

-Tələbəlik illərinizi necə xatırlayırsınız?

Tələbəlik illərimdə durmadan çalışdım. Montajı öyrəndim, radioda işlədim, radio sistemini öyrəndim. Qəzet redaksiyalarında təcrübə keçdim, oranın iş prinsiplərini mənimsədim. Daha sonra televiziyaya yönəldim və televiziya mühitində özümü sınadım. Bir növ, özümü axtarırdım: görüm, jurnalist kimi mənə doğma olan hansı mühitdir?

2013-cü ildən etibarən “Azad Azərbaycan” (ATV) televiziyasında müxbir kimi fəaliyyətə başladım. Canlı yayımlarda çıxış etdim, reportajlar, süjetlər hazırladım. Bir neçə dəfə ekspromt yəni heç bir mətn, hazır ssenari olmadan canlı yayıma çıxaraq təqdimatlar etmişəm. Bütün bu proseslər məni həm peşəkar, həm də şəxsiyyət olaraq formalaşdırdı.

“Azad Azərbaycan” televiziyasındakı fəaliyyətimdən sonra karyerama yazılı mətbuatda davam etməyə qərar verdim. Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinə keçdim və burada 8 il ərzində fasiləsiz çalışdım. Bu müddət ərzində müxtəlif janrlarda yazılar yazdım, analitik məqalələr, araşdırmalar, reportajlar hazırladım və eyni zamanda media strukturunun içərisində ciddi təcrübə qazandım. Qəzetdə keçirdiyim illər mənim həm yazı bacarığımı, həm də peşəkar mövqeyimi möhkəmləndirdi.

Dövlətçiliyə xidmət edən mövzularda yazdım, araşdırmalar apardım. Xüsusilə gənclərlə bağlı məsələlər, onların təhsili, inkişafı, ictimai fəallığı daim diqqət mərkəzində oldu. Eyni zamanda ekoloji problemlər, mühitin qorunması, davamlı inkişafla bağlı da bir çox araşdırma materialları hazırladım. Bu mövzular mənə o qədər doğma idi ki, çox vaxt tapşırıq gözləmədən özüm axtarır, mövzuları seçir və işləyirdim. Yazdıqlarım həm peşəkar məsuliyyət, həm də daxili ehtiyacdan doğurdu.

Daha sonra "Yeni Azərbaycan" qəzetinin nəzdində bir televiziya açıldı və mənim televiziyaya eşqim orda yenidən baş qaldırdı. Çünki televiziya təcrübəsi olan birinin qəzetə gəlib və adaptasiyası bir az çətin olur. Amma mənim çətin deyildi. Çünki mən jurnalist idim. 

Yeni Azərbaycan Televiziyasında çalışıb fəaliyyət göstərdim. Həmin vaxtlarda xəbər aparıcısı oldum. Gənclərlə bir arada işlədikcə düşünürdüm ki, necə savadlı, dünyagörüşlü gənclərimiz var. Bütün bunları düşünə-düşünə bir də gördüm ki, yolum artıq BANM-dan keçir.

Daha sonra "Yeni Azərbaycan" qəzetinin nəzdində bir televiziya açıldı və mənim televiziyaya eşqim orda yenidən baş qaldırdı. Çünki televiziya təcrübəsi olan birinin qəzetə gəlib və adaptasiyası bir az çətin olur. Amma mənim çətin deyildi. Çünki mən jurnalist idim. 

Yeni Azərbaycan Televiziyasında çalışıb fəaliyyət göstərdim. Həmin vaxtlarda xəbər aparıcısı oldum. Gənclərlə bir arada işlədikcə düşünürdüm ki, necə savadlı, dünyagörüşlü gənclərimiz var. Bütün bunları düşünə-düşünə bir də gördüm ki, yolum artıq BANM-dan keçir.

- Az əvvəl BANM-ı qeyd etdiniz. Birazda fəaliyyətinizlə bağlı daha ətraflı məlumat alaq.

- Bir ildən çoxdur ki, BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsində fəaliyyət göstərirəm. Birə-bir gənclərimizlə işləyir, onların uğurlarını işıqlandırıram. Bundan qürur duyuram. Tələbələrin magistraturaya, xarici ölkəyə qəbul olma xəbərini yazıram. Bir gün dedim ki, mən artıq öz hekayəmi yazmalıyam. Bu isə nə olmalıdır? Təbii ki, təhsil. Öz uğur hekayəmi təhsillə davam etdirməyə qərara aldım. Fərqim bu idi ki, mən 30 yaşdan sonra tələbə olmağa qərar verdim. Düşündüm ki, təhsilin yaşı yoxdur. Bunun üçün hazırlıq kurslarına yazılmağa başladım. 

Jurnalistika üçün qabiliyyət imtahanından 10 bal topladım. Ölkə üzrə bu balı sadəcə 4 nəfər topladı və biri də mənim oldum. Bütün bunları qürurla söyləməyə bilmərəm. Çünki bütün uğurlarıma bu yaşımdan çatdım. 

- Ən çox hansı fənn sizə biraz çətin gəldi?

- Fənlər arasında ingilis dilindən çox əziyyət çəkdik. Bilirsiniz niyə? Çünki adam 2 variant arasında qalır. Düşünürəm ki, bu qədər çətinləşdirmək lazım deyil.

- Müşfiqə xanım, həyatda hər kəsin ən az bir dəstəkçisi olur. Sizə bu yolda ən çox sizə kim dəstək olub?

- Əlbəttə ki, anam. Mən deyərdim ki, həyatda ən çox mənə inanan insan anamdır. İlk dəfə anam dedim ki, mən magistraturaya imtahan verəcəm. Dedi ki, buyur. Özünü sına, bəlkə o il elə bu ildir? Çünki bu vaxta qədər anam deyirdi ki, imtahan ver. Mən isə fikirləşirdim ki, hər şeyi zamanı var. Anaların haqqı ödənilməz. O da mənimlə birgə oxuyurdu. Hətta imtahana belə məni o gətirdi.

Müəllimlərim Aynur Nəsirova və Pərvanə İbrahimova sevincimə ən çox şərik olanlardır. Onlar sayəsində əlim çörəyə çatıb. Bütün işləri onlar sayəsində əld etmişəm. Mənə inanıblar.

- Bu gün həm də Milli Mətbuat günü idi. Belə bir gündə yenidən jurnalistika ixtisası üzrə fəaliyyətinizi davam etdirıcəyinizi biləndə nə hislər keçirdiniz?

- Sözün düzü, mən jurnalistikaya təsadüfən gəlməmişəm. Kiçik yaşlarımdan deyirdim ki, mən jurnalist olacam. Bu şad xəbəri Milli Mətbuat günündə almağım düşünürəm ki, təsadüfi deyil. İnsan üçün bir şey dəyərlidirsə, onun mükafatını alır. Mükafatımı da məhz bu gün aldım.

Təxmini də olsa bilirdim ki, hər şey qaydasındadır. Bu münasibətlə özümə Avropa turu hədiyyə etdim. 20 gün təkbaşına səyahət etdim. Bir çox şəhərləri gəzdim. Ən böyük arzumlarından biri olan İsveçrəyə getdim.

- Uzun müddətdən sonra yenidən tələbə adını qazanmaq necə hissdir? 

- O qədər gözəl hissdir ki, eşitdikləri andan etibarən BDU-dan olan müəllimlərim mənə zəng edib deyir ki, "yenidən aramızda səni görməyə qürur duyuruq". 

10 il əvvəl duyduğum hissi bu gün həyata keçirirəm.Həm işləyib, həm də oxumaq biraz çətin idi. İş çıxışı axşam soyuq havada kursa qaçırdım. Hər gün oxuyurdum, nəsə öyrənirdim, avtobusda təkrar edirdim.

Dəyərli AzEdu.az kollektivinə minnətdaram. AzEdu təhsilimizin inkişafında çox çalışır. Bütün oxucularınıza uğurlar arzulayıram. Magistr adını qazananlara göz aydınlığı verirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri