Icma.az
close
up
RU
Peşə seçərkən diqqətli olun: “Diplom xatirinə...”

Peşə seçərkən diqqətli olun: “Diplom xatirinə...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsveçrədə poçt və ərzaq məhsullarının çatdırılması üçün robotlardan istifadə edilən pilot layihə işə salınıb.

Layihə “Swiss Post”, “Migros Online” xidməti və “RIVR” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Çatdırılmanı təmin edən “RIVR ONE” adlı robotlar “ETH Zurich” tərəfindən hazırlanmış “ANYmal” modelinin kommersiya versiyasıdır.Bu robotlar dörd ayaqlı quruluşa malikdir, ayaqlarının yerində isə təkərlər quraşdırılıb. Təkərlər bloklanmış vəziyyətdə robotun pilləkənləri və maneələri aşmasına imkan verir, açıq vəziyyətdə isə asfalt və döşəmə üzərində sürətli hərəkət təmin edir.

Robotlar “LiDAR”, kameralar və GPS sistemi ilə təchiz olunub. Yüklər isə xüsusi qıfıllı konteynerlərdə daşınır. Test mərhələsində robotlar “Swiss Post”-un yük maşınları ilə birlikdə hərəkət edəcək və “Migros Online” sifarişlərini, eləcə də müştərilərin poçt bağlamalarını birbaşa ünvanlara çatdıracaq. 

Hərçənd robotlar əsasən avtonom işləyir, lakin onların fəaliyyətinə operatorlar nəzarət edir və zərurət olduqda idarəetməyə müdaxilə edə bilirlər.Xatırladaq ki, “RIVR ONE” bundan əvvəl Sürixdə və ABŞ-nin Ostin şəhərində sınaqdan keçirilib və həmin dövrdə həm poçt göndərişləri, həm də yemək çatdırılması üçün istifadə olunub.

Qeyd edək ki, son illər robotlardan müxtəlif sahələrdə istifadə edilməsinə başlanılıb. Belə ki, dünyanın bəzi ölkələrində kafe və restoranlarda robot ofisiantlardan istifadə olunur.Keniyada restoranların birində ofisinatları robotlar əvəz edir. Paytaxt Nayrobidəki restoranların birində Nadya və Klara adlı robotlar insanlara xidmət göstərir. 

Müştərilər yeməkləri robotlara sifariş verir, onlar da sifarişləri yerinə yetirir, servislə məşğul olurlar. Çin, Yaponiya, ABŞ-də, hətta qonşu ölkə olan Türkiyədə belə, robot ofisiantlardan istifadə olunur. Hətta ABŞ-nin “Tesla” şirkəti Texas ştatının Ostin şəhərində “Robotaxi” xidmətini işə salıb. Göründüyü kimi artıq bir sıra sahələrdə insanları robotlar əvəz edir.

Bu prosesin daha da genişlənməsi dünyada, o cümlədən Azərbaycanda işsiz insanların sayının artmasına gətirib çıxarmayacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, hazırda bu texnologiyalara keçən əsas ölkələrdən biri Çindi

"Bu bir faktdır ki, Çinin əhalisi daha çoxdur. Buna baxmayaraq, ölkə bu texnologiyilardan istifadəyə keçir. Yəni burada da insanların işsiz qalacağı labüddür. Ancaq tarixdə biz bunu görmüşük. 

Son 300-400 il ərzində yeni texnologiyalar, maşınlar bir sıra insanı işsiz qoyub, yəni peşəsindən edib. Son XX əsirdə də bunu görmüşük. Bəzi peşələr aradan çıxacaq. Həm robotlar, həm də süni intellekt vasitəsilə bu mütləq baş verəcək.

Bunun qarşısını onsuz da almaq mümkün deyil. Məsələn, 100 il bundan əvvəl Azərbaycanda avtomobil yox idi. Hamı faytondan istifadə edirdi. Yaxud da bankları götürsək, yeni texnologiyalar, bankomatlar çıxana kimi burada xeyli işçi vardı, indi banklarda işçilərin sayı azalıb. Eyni proses yenə də baş verəcək. 

Bunun üçün daha çox oxumaq, təhsil almaq və yeni dünyada özünə yer tapmaq lazımdır. Elə peşələr seçməliyik ki, lazımlı peşə olsun. Diplom xatirinə yox, doğurdan da peşən olsun. Biləsən ki, bu peşə sənə lazım olacaq, ya olmayacaq.

Ona görə də dövləti, cəmiyyəti yalnız bu düşündürməlidir. Hətta süni intellekt bəzi sahələrdə bizim peşənin, hüquqşünasların belə işlərini yaxşı görür. Hansısa sənədlərin tərtibində, müqavilələrlə bağlı və s. kimi yavaş-yavaş fəaliyyət göstərir. 

Yəni bizim peşə belə, hər yerdə lazım olmayacaq. Ancaq yarısevinc, yarıkədər dolu nəzərlərlə baxsaq Azərbaycanda bunun reallaşmasına hələ var. Çünki texnoloji cəhətdən elə də inkişaf etməmişik. O texnologiyaların tətbiqi üçün ölkədə normal qayda olmalıdır. Robotlar bizim yolda taksiləri necə idarə edəcək ki, qaydalar "baş ayaqdır"?

Yaxud restoranlarda necə ofisiantlıq edəcək, bizdə bu iaşə xidmətləri vergidən yayınırlar. Həmin restoranlar özləri istəməyəcək ki, orada robot olsun. Yaxın 10 ildə mən inanmıram ki, bizdə robotlar fəaliyyət göstərsin. Ancaq indidən fikirləşmək lazımdır. Bu gün övladlarını məktəbə qoyanlar fikirləşməlidir ki, övladları hansı sahədə işləyəcəklər".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Peşə diplom Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri