Icma.az
close
up
RU
Peşə seçərkən diqqətli olun: Yaxın vaxtlarda bu ixtisaslar ləğv olunacaq KONKRET

Peşə seçərkən diqqətli olun: Yaxın vaxtlarda bu ixtisaslar ləğv olunacaq KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada texnologiyaya meylin sürətlə artması fonunda bir çox ixtisaslara həvəs və tələbat azalır. Yaxın illərdə Azərbaycanda hansı peşələrə tələbat azala və həmin ixtisaslar ləğv oluna bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, texnologiyanın sürətli inkişafı və avtomatlaşma prosesi bütün dünyada olduğu kimi Azərbaycanda da əmək bazarını ciddi şəkildə dəyişdirir:

“Ənənəvi peşələrdən bəzilərinə olan tələbat azalır, bəzi ixtisaslar isə tamamilə yox olma təhlükəsi ilə üz-üzə qalır. Son illərdə süni intellekt, avtomatlaşdırma və rəqəmsal texnologiyaların yayılması bir çox sahələrdə insan faktoruna ehtiyacı azaldıb. Beynəlxalq Əmək Təşkilatının araşdırmalarına görə, yaxın 10 il ərzində mövcud iş yerlərinin təxminən 40%-i avtomatlaşdırmanın təsiri altında qalacaq. Azərbaycanda da bu tendensiya özünü göstərir və bəzi ixtisasların ya tamamilə sıradan çıxacağı, ya da ciddi transformasiyaya uğrayacağı gözlənilir. Rəqəmsal texnologiyaların inkişafı ilə ən çox zərər görən ixtisaslardan biri mühasibatlıqdır. Ənənəvi mühasibat xidmətlərinə tələbat azalır, çünki süni intellekt əsaslı mühasibat proqramları xərcləri optimallaşdıraraq insan əməyini əvəz edir. Hazırda dünya miqyasında iri şirkətlərin 70%-dən çoxu mühasibat işlərini avtomatlaşdırılmış sistemlər vasitəsilə idarə edir. Azərbaycanda da bank sektoru və özəl şirkətlər rəqəmsal mühasibatlıq xidmətlərinə üstünlük verir. Bu tendensiya gələcəkdə klassik mühasibatlıq ixtisasının əhəmiyyətini azaldacaq və yalnız analitik düşüncə bacarığı olan mühasiblər əmək bazarında qala biləcək. Bank sektorunda da ciddi dəyişikliklər gözlənilir. İnternet bankçılığın inkişafı və mobil tətbiqlərin geniş yayılması nəticəsində banklarda operator və kassir vəzifələri getdikcə azalır. Azərbaycan Mərkəzi Bankının 2023-cü il statistikasına görə, ölkədə nağdsız ödənişlərin həcmi son 5 ildə 3 dəfədən çox artıb. Əgər əvvəllər insanlar gündəlik bank əməliyyatlarını kassirlər vasitəsilə həyata keçirirdisə, indi bu proseslər tamamilə avtomatlaşdırılmış sistemlərə həvalə edilir. Eyni zamanda, süni intellektin tətbiqi ilə bankların kredit mütəxəssislərinə olan ehtiyac da azalır, çünki artıq risklərin qiymətləndirilməsi və kredit qərarlarının verilməsi avtomatik analiz sistemləri vasitəsilə həyata keçirilir.

Jurnalistika sahəsi də ciddi şəkildə transformasiya olunur. Çap mediasının oxucu auditoriyası azaldıqca və onlayn platformalar genişləndikcə, ənənəvi jurnalistlərə tələbat azalır. Süni intellektin yazı yazmaq qabiliyyətinin inkişafı jurnalistikanın bəzi sahələrində insan əməyini əvəz edir. Böyük media qurumları artıq avtomatik məqalə yazan sistemlərdən istifadə edir. Bu tendensiya Azərbaycanda da müşahidə olunur. Son 5 il ərzində çap mediasının tirajı 50%-dən çox azalıb və jurnalistlər üçün iş imkanları əsasən rəqəmsal platformalara yönəlib. Ənənəvi jurnalistikanın yerini data jurnalistika, süni intellektlə işləyə bilən media mütəxəssisləri və sosial media kontent yaradıcıları tutur”.

Ekspertin sözlərinə görə, turizm sektorunda da ənənəvi tur operatorları və səyahət agentlikləri rəqəmsal transformasiyadan təsirlənir:

“İnternetdə səyahət planlaşdırma və bilet bronlama xidmətlərinin geniş yayılması turistlərin tur şirkətlərindən asılılığını azaldıb. Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin əksəriyyəti artıq klassik tur paketləri ilə deyil, fərdi və rəqəmsal səyahət məsləhətçiliyi xidməti ilə müştəri cəlb etməyə çalışır. Ənənəvi tur operatorlarının gələcəkdə bazarda yerini qorumağı çətin olacaq. Tərcüməçilik sahəsində də ciddi dəyişikliklər baş verir. Süni intellekt əsaslı tərcümə proqramları və dil modelləri sadə mətnlərin tərcüməsini yüksək dəqiqliklə yerinə yetirə bilir. Hazırda dünyanın ən böyük korporativ şirkətləri tərcümə işlərinin 60%-dən çoxunu avtomatlaşdırılmış sistemlər vasitəsilə həll edir. Azərbaycanda da dövlət və özəl qurumların süni intellekt əsaslı tərcümə sistemlərinə keçidi sürətlənir. Bunun nəticəsində sadə mətn tərcüməçilərinə olan tələbat azalır və yalnız texniki və akademik tərcümə sahəsində ixtisaslaşanlar iş tapmaqda çətinlik çəkməyəcək.

Kitabxanaçılıq və arxiv idarəçiliyi sahəsində də dəyişikliklər qaçılmazdır. Rəqəmsal kitabxanaların və onlayn arxivlərin inkişafı fiziki kitabxanalara olan tələbatı azaldır. Azərbaycanda kitabxanalara üzvlüyün və mütaliə səviyyəsinin azalması bu sahədə çalışanların iş imkanlarını məhdudlaşdırır. Təhsil sektoru da texnologiyaların təsiri altında dəyişir. Süni intellekt əsaslı öyrənmə platformaları, fərdi tədris sistemləri və onlayn kurslar müəllimlərə olan tələbatı dəyişir. Aşağı səviyyəli müəllimlərin yerini interaktiv və texnologiya əsaslı tədris metodlarını mənimsəmiş mütəxəssislər tutur. Beynəlxalq təhsil araşdırmalarına görə, 2030-cu ilə qədər ənənəvi müəllimlərin yerini süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə sistemləri 30%-ə qədər əvəz edə bilər.

Azərbaycanda da STEAM, rəqəmsal pedaqogika və süni intellekt əsaslı tədris metodlarını bilən müəllimlərə üstünlük veriləcək. Bütün bu dəyişikliklərin fonunda bəzi sahələrdə isə əksinə, kadr çatışmazlığı yaranacaq. Süni intellekt və data analitika, kiber təhlükəsizlik, biotexnologiya, bərpa olunan enerji mühəndisliyi, rəqəmsal psixologiya kimi sahələr gələcəyin ən çox tələb olunan ixtisasları sırasına daxildir. Azərbaycanda əmək bazarının bu dəyişikliklərə uyğunlaşması üçün universitetlərdə və kolleclərdə yeni ixtisasların yaradılması, mövcud kadrların isə yeni bacarıqlar əldə etməsi üçün təlim proqramlarının təşkili vacibdir. Əks halda, köhnəlmiş ixtisaslara sahib minlərlə insan işsizlik riski ilə üzləşə bilər. Yeni dövrün tələblərinə uyğunlaşmaq üçün texnologiya biliklərinə sahib olmaq, analitik düşünmək və adaptasiya qabiliyyətini artırmaq əsas faktor olacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see259

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see233

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri