Icma.az
close
up
RU
Peşə təhsili işsizliyin azaldılmasına mühüm töhfə verəcək

Peşə təhsili işsizliyin azaldılmasına mühüm töhfə verəcək

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Azərbaycanda peşə təhsilinin inkişafı hələ də strateji bir çağırış olaraq qalır, baxmayaraq ki, son illərdə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. 


Bu barədə təhsil eksperti Kamran Əsədov Missiya.Az-a danışıb.

"Statistik rəqəmlərə görə, 2023/2024-cü tədris ilində peşə məktəblərində təhsil alanların sayı 25 min nəfərə yaxın olub, amma ali təhsil müəssisələrinə qəbul üçün müraciət edənlərin sayı 100 min nəfəri ötüb. Bu fakt onu sübut edir ki, gənclər və valideynlər arasında hələ də ali təhsil sosial status və gələcək təminat baxımından üstün görülür. Bunun əsas səbəbləri arasında peşə təhsili ilə bağlı formalaşmış stereotiplər, bəzi müəssisələrin infrastruktur və proqram baxımından zəifliyi, eləcə də əmək bazarında ali təhsillilərə üstünlük verilməsi dayanır. Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsində “təhsilin iqtisadiyyatın inkişafı və əmək bazarının tələbləri ilə uzlaşdırılması” əsas prinsip kimi göstərilir. Bu baxımdan, peşə təhsilinin gücləndirilməsi qanunvericilikdə təsbit olunmuş dövlət öhdəliyidir".

Ekspertin sözlərinə görə, müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi son illərdə peşə təhsilini prioritet istiqamət elan edib, yeni kurikulumlar hazırlayır, modul əsaslı sistemə keçid edib və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Məsələn, Almaniya ilə birgə ikili təhsil modelinin tətbiqi artıq bəzi peşə məktəblərində həyata keçirilir. Bu model şagirdlərin həm məktəbdə, həm də real istehsalat müəssisələrində təcrübə qazanmasına imkan yaradır. Dünya təcrübəsi göstərir ki, Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə peşə təhsilinin gücü məhz bu ikili sistem üzərində qurulub və məzunların 70-80%-i birbaşa işlə təmin olunur. Azərbaycanda da bu yanaşmanın tətbiqi peşə təhsilinin real əmək bazarına cavab verməsini sürətləndirə bilər.

"Mənfi tərəf isə ondan ibarətdir ki, bütün peşə məktəblərində keyfiyyət eyni səviyyədə deyil. Bir çox müəssisədə avadanlıq köhnədir, laboratoriyalar zəifdir, bəzi müəllimlərin praktiki təcrübəsi məhduddur. Nəticədə işəgötürənlərin gözləntiləri ilə məzunların bacarıqları arasında boşluq yaranır. Azərbaycan Sahibkarlar Konfederasiyasının sorğularına görə, işəgötürənlərin 40%-i peşə təhsilli gənclərin müasir texnologiyalarla işləməkdə çətinlik çəkdiyini bildirir. Bu da əmək bazarının tələbi ilə təhsil sisteminin imkanları arasında fərqin hələ də tam aradan qalxmadığını göstərir. Gənclərin iş tapmaqda üzləşdiyi çətinliklər sırasında iş yerlərində peşə təhsilli kadrların sosial təminatının zəifliyi, maaşların aşağı olması və qeyri-rəsmi məşğulluğun geniş yayılması dayanır. Bununla belə, dövlət dəstək mexanizmləri formalaşdırılır. Məsələn, gənclərin istehsalat təcrübəsinə yönləndirilməsi, startap təşəbbüslərinə qrant və kreditlərin ayrılması, “Yaşıl enerji”, “İKT və robot texnologiyaları” üzrə yeni ixtisasların açılması müsbət addımlardır. Bu, həm gənclərin müasir peşələrə yönləndirilməsinə, həm də ölkənin strateji inkişaf istiqamətlərinə cavab verməsinə imkan yaradır".

Kamran Əsədov qeyd edib ki, dünya təcrübəsi ilə müqayisədə Finlandiya və İsveçdə peşə təhsili rəqəmsal bacarıqlarla gücləndirilib, şagirdlər proqramlaşdırma, süni intellekt və yaşıl texnologiyalar üzrə praktik biliklər qazanır. Azərbaycanda da bu istiqamətdə irəliləyiş var, amma regionlarda imkanların bərabər paylanmaması risk doğurur. Paytaxt və iri şəhərlərdə yeni ixtisaslar tətbiq olunarkən kənd və rayon məktəbləri hələ də ənənəvi ixtisaslarla məhdudlaşır. Bu, sosial bərabərliyin təmin olunması üçün daha balanslı siyasətin vacibliyini göstərir.

"Dəyişikliklər həyata keçirildikcə, peşə təhsili gənclərin yalnız ənənəvi peşələrə deyil, həm də gələcəyin ixtisaslarına hazırlanmasına xidmət edəcək. Bu, həm işsizliyin azaldılmasına, həm də iqtisadiyyatın davamlı inkişafına mühüm töhfə verəcək. Elm və Təhsil Nazirliyinin peşə təhsilinə verdiyi önəm və bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Nazirliyin son illərdə qəbul etdiyi dövlət proqramları və beynəlxalq əməkdaşlıqlar bu istiqamətdə əsaslı dönüşün başlanğıcıdır. Əgər bu siyasət davamlı şəkildə həyata keçirilsə, yaxın illərdə peşə təhsili cəmiyyətin gözləntilərində ali təhsillə rəqabət edə biləcək səviyyəyə qalxacaq və əmək bazarının real ehtiyaclarını daha dolğun ödəyəcək".

İlahə Qənbərli
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri