Icma.az
close
up
RU
Peşə və ixtisasın gərəyi və ya hər kəs öz yoluna?

Peşə və ixtisasın gərəyi və ya hər kəs öz yoluna?

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olan, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələndiyi və ya yiyələnməli olduğu əmək fəaliyyəti var.

İnsanın ən üstün keyfiyyətlərindən biri onun müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməyidir. Bu seçimlər içərisində insan taleyi üçün xüsusi əhəmiyyət daşıyan peşə, ixtisas seçimi ən zəruri və düzgün seçilməli olan qərarlardan biridir. Lakin insan hər zaman bu seçimi istədiyi kimi edə bilmir. Bunun əsas səbəblərindən biri seçiminin elmi əsasları haqqında müəyyən biliyə, məlumata sahib olmamaq, düzgün yönləndirilməmək və ya həyatın bəzi sınaqları olur.

Hər kəsin ürəyində uşaqlıqdan bəslədiyi, xəyalını qurduğu bir ixtisas arzusu olur; "polis,həkim,müəllim,hüquqşünas olacağam”arzusu insanın ürəyində körpəlikdən bərqərar olur. Böyüyürük o arzularla, kimisi amalına müvəffəq olur, kimisi yarımçıq qalır bu yolda. Verilən qərarın insanın xarakterinə və istəyinə uyğun olarsa, seçimini uğurla tamamlayan hər bir kəs müvəffəqiyyət qazanır. Məsələn, müəllim olmağın xəyalını quran və o sənəti tam mənimsəyib sevən, qaydalarını sevərək qəbul edən öyrətmənin yetişdirdiyi tələbə olmağı kim istəməz ki?

Kim istəməz, hüququnu müdafiə edənin kamil hüquqşünas olmağını? Kim istəməz ki, sağlığına qovuşmaq üçün həyatını peşəkar cərraha həvalə etməyi? Kim istəməz getdiyi yoluna, asayişinə keşik çəkənin qanunları bilən və riayət edən polisin nəzarət etməyini?

Hər kəs mükəmməllik izindədir ,xülasə, yaradanın yaratdığı insan özündən çox seçdiyinin mükəmməl olmağını istəyir. İstəyək, nə deyirəm ki…

İnsanların öz sahələrinə mükəmməl yiyələnməyi və onu sevməyi önəmli bir məsələdir. Bu zaman insan seçdiyi yolunda inamla irəliləyir, özünü inkişaf etdirir, müəyyən nəaliyyətlər qazanır. Büdrəyə də bilir bəzən, bu çox təbii haldır, səhvsiz olmaq bəndəyə məxsus deyil. Amma önəmli olan büdrədiyi yerdən inamla qalxmaq, yoluna davam etmək və oxşar məqamlarda bir daha yıxılmamaq üçün səy göstərməyidir. Təbii ki, bu sadalananlar tutduğu peşədən asılı olmayaraq özünə və yoluna inamlı, peşəkar və vicdanlı olanlardır.

Gəl ki, bunun əksi ola; təsəvvür edin ki, nadan alimə, cahil biləndərə dərs keçə… Dünyanın tərsinə fırlanan çarxına düşür insan, bildiyini deməyə də lüzum qoymurlar qala, oğru elə qışqırır ki, doğrunun bağrına yüz loğman əlac tapa bilmir. Fikri Allah insana bölüşmək üçün verib,doğrudur, fikirdən döndərmək, düz qənaətdən azdırmaq üçün deyilənləri isə şeytan verib, bizdən deyil. Nə gözəldir bilgi sahibi olmaq, bilmədiyini öyrənmək, fikir mübadiləsi etmək və edə biləcək ətrafının olması. Ümumiyyətlə hər peşənin öz yolunda addımlaması gözəldir; vay o gündən ki, xətt qarışa, yoldan azıb nabələd ünvanlara düşələr. Rəhmətlik Qabil demişkən səhv düşənlərlə qiyamət oluruq. Təsəvvür edin, tramvay maşın yoluna çıxır, maşın qatar reysi ilə gedir, təyyarə su üzərindən, gəmi buludlarda cövlan edir. Allah qorusun belələrindən.

Qurban olum millətimə, ədəbiyyat oxuyan mühasibin gözünü deşir, riyaziyyatçı cərraha əməliyyatı izah edir, jurnalist hüquqşünasa dərs keçir əməlli-başlı. Yazıq hüquqşünas az qalır Konstutusiyaya şəkk edə.

Müəllim dörd il universitetdə oxuduqlarını, illərlə təcrübəsini əlini-qolunu ölçən valideynə qurban verməli olur az qala, ya da elmdən bixəbər birinə. Tibbdən zərrə anlayışı olmayan yazıq həkimə bir divan tutur ki, həkim Hippokrat andını unudur, hərdən düşünür ki, bəlkə səhv gəlmişəm, mən hara işə gedəsi idim?

Yol polisi az qalır "dubinka”sını (dəyənək) öz başına çırpa hirsindən, yolu tərsinə sürənlər inzibati xətaya xəta tutur.

Sosial şəbəkədə hərə bir canlı açıb dünyaya meydan oxuyur, qıt ağılları ilə ölkəni idarə edirlər öz ağıllarında; barmaq göydə silkələnir, hədə-qorxu qarışır olayın gözünə, jurnalistika elmi,fakultəsi yarandığına peşman olur, qələmi olanlar qələmini münasib yerdə gizlədir, gerçək jurnalist gizlənməyə kol axtarır belələrinin əlindən.

İqtisadiyyata, maliyyəyə, qanunvericiliyə zərrə anlayışı olmadan deklamasiya oxuyanlar var birnəfəsə.

Qoyun, yaşayaq, yazığınız gəlsin bu millətə. Evdarı,ticarətçisi, alimi, fəhləsi hamısı gözəldir xalqımın, amma yerində olanları, yerini bilənləri. Hərə öz sahəsindən danışsın, hərə öz yolundan getsin, barmağı uzun olanlar öz fəaliyyətini qurdalasınlar, söz xatirinə danışılan söz baş ağrıdır,könül bulandırır. Vicdanını qara daşa tökənlər səsinin kişi yerinə salıb vicdan sorğulayır, balıq yaddaşlı deyilik axı, unutmadıq dünəni.

Hər kəsin gördüyü işin bir müqabili var, dəyəri verən göydə Allah, yerdə qanunvericilikdir, tərəziyə qoyub dartılası başqasının güzəranı yox, öz içimizdəkilər olsun. Görüləsi o qədər işimiz, çəkiləsi o qədər dərdimiz var ki. Hər peşənin öz sahiblərinə buraxaq işlərini, daş öz yerində ağırdır. Bir yumruq altında birləşmək üçün illah da ki müharibəmi lazımdır? Biz axı azərbaycanlıyıq, eyni qanı, soyu, kökü daşıyan. Sapı özümüzdən olan baltalar bizdən deyil demək ki…

Gülər Mübariz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri