Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Peşəkar jurnalistin dövlət qulluqçusu örnəyi

Peşəkar jurnalistin dövlət qulluqçusu örnəyi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrafil Qurbanov – 75

Azərbaycan peşəkar jurnalistika məktəbi mediamızla yanaşı, ictimai həyatın digər sahələrinə, eləcə də dövlət idarəçiliyinə layiqli yetirmələr verib. Belə soydaşlarımızın peşə bacarığı və işgüzarlığı milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi ilə bağlı fəaliyyət sahələrində yeni bir keyfiyyətə çevrilərək yaranmış tələbatı cavablandırıb.

Gündəlik fəaliyyətində ədəbi dilimizdən ən yüksək tələblərə uyğun istifadə edən jurnalistlərin xalq hərəkatı dövründə və müstəqilliyimizin ilk illərində xalqımızın ana dilinin dövlət dili statusunun gerçəkləşdirilməsində xidmətləri bu gün məmnunluq və minnətdarlıqla yad edilir. Sovet dövründə müxtəlif üslublu tərcümə materiallarının doğma dilimizdə aydın və səlis səslənməsində də peşəkar jurnalistlərin fəaliyyəti xüsusi bir dəyər kimi diqqəti cəlb edir. Belə həmkarlarımızdan biri də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 1973-cü il məzunu İsrafil Qurbanovdur.

İsrafil Mirzəhməd oğlu Qurbanov 1950-ci ilin 22 fevralında Quba rayonunun Xanəgah kəndində dünyaya öz açıb. İlk təhsilini doğulduğu kənddəki səkkizillik məktəbdə alan soydaşımız Xaçmaz şəhərindəki fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra 1968-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan zəhmət və halallıq mühitində böyümüş gənc İsrafil gecə növbəsində işləməklə tələbəlik ehtiyaclarını özü ödəyib.

1975-ci ildə orduda 2 illik zabit xidmətindən sonra jurnalist fəaliyyətinə Azərbaycan Jurnalistlər İttifaqının “Müxbir” bülletenində başlayan İsrafil Qurbanov rus – Azərbaycan dillərində tarixi materiallarla sərbəst işləmək bacarığına görə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi vəzifəsinə aparılıb. Onun bu bacarığı ölkə parlamentində Azərbaycan dilindən istifadənin genişləndiyi bir dövrdə rəhbər dairələrdə də diqqəti cəlb edib. Beləliklə, peşəkar jurnalistika məktəbində püxtələşən, ana dilimizin təəssübünü qeyrətlə çəkən həmkarımız 1981–1987-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında böyük məsləhətçi kimi rəsmi materialların Azərbaycan dilində hazırlanıb nəşr edilməsində fədakarlıqla çalışıb.

1989–1991-ci illərdə Azərbaycan KP MK-da kargüzarlıq ana dilimizdə təşkil ediləndə İsrafil Qurbanov bu sahədə təçrübəli praktik dil mütəxəssisi kimi partiya aparatında təlimatçı vəzifələrinə gətirilib. Ölkəmizdə ali partiya idarəçiliyinin bazasında prezident idarəçiliyinə keçiləndə isə o, fəaliyyətini aparatın ümumi şöbəsində davam etdirib. İsrafil müəllim o zamandan gördüyü işlərin önəmini və miqyasını ölkəmizin rəsmi media qurumlarında çalışanlar daha yaxşı bilirlər. Çoxlarının kənardan ciddi bir məmur kimi gördüyü və tanıdığı İsrafil müəllim vətənpərvər və yaradıcı mütəxəssis kimi daim ali idarəçilik qurumunda Azərbaycan dilinin keşiyində dayanıb, bu fəaliyyəti ilə milli mediamıza da davamlı xidmət göstərib.

Müstəqilliyin ilk illərində AZƏRTAC-da çalışdığım zaman baş direktor müavini olan, sonra bu quruma rəhbərlik edən ustad jurnalist Şamil Şahməmmədovdan tez-tez eşidirdik: “Bizə Prezident Aparatından göndərilən materiallar İsrafil Qurbanovun əlindən çıxdığına görə mükəmməl və qüsursuz olur”. Şamil müəllim bunu ona görə deyirdi ki, başqa dövlət qurumlarından, xüsusən nazirliklərdən gələn informasiya mətnləri, rəsmi sənədlər bərbad vəziyyətdə olurdu. Bu, uzun illər rus dilində kargüzarlıq aparmış rəsmi qurumların keçid çətinlikləri idi.

Belə bir vaxtda İsrafil müəllimin və onunla birgə çalışanların çətin və məsuliyyətli fəaliyyəti ana dilimizin dövlət statusunun təmin edilməsində bir nümunə olmaqla yeni kargüzarlıq normativlərini də formalaşdırdı. Azərbaycanda ictimai-siyasi terminologiyanın təkmilləşdirilməsində və düzgün tətbiqində İsrafil müəllimin də xidmətləri qədərincədir.

Azərbaycanın tanınmış folklorşünası və publisisti, İsrafil müəllimin tələbəlik dostu Əli Şamil İsrafil Qurbanovun milli təmayüllü jurnalist kimi formalaşdığı mühiti belə xatırlayır: “Ötən əsrin 60 – 70-ci illərinin tələbələri gələcək milli oyanış və milli intibahın qaranquşları idilər. Təhsil aldığımız jurnalistika fakültəsində milli özünəqayıdış prosesi daha çox hiss olunurdu. Şirməmməd Hüseynov, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Tofiq Rüstəmov kimi müəllimlərimiz demokratik jurnalistikamızın ənənələrini dirçəldir, tələbələri “Əkinçi”, “Molla Nəsrəddin” ruhunda, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin davamçıları kimi yetişdirməyə çalışırdılar.

İsrafil də fəal tələbə kimi milli qaynaqlara, “7 qıfıl” altında saxlanan milli istiqlal tariximizə xüsusi maraq göstərirdi. Bu axtarışlar onun tələbə elmi konfransları üçün hazırladığı, mətbuatda çap etdirdiyi məqalələrdə də əksini tapırdı. Onun XX əsrin əvvəllərində dövlətçiliyimizin bərpası və itirilməsi ilə bağlı tələbə tədqiqatı, xüsusən Nəriman Nərimanovun publisistikası mövzusunda məruzəsi vətənpərvərlik, Azərbaycanın müstəqilliyinə rəğbət ruhu ilə seçilmişdi. O vaxt biz İsrafilin milli ruhlu bir alim olacağını düşündük. İctimai həyatımızın ciddi bir tələbatı – ana dilimizin rəsmi dairələrdə geniş işləkliyinə nail olmaq və onun dövlət dili səviyyəsinə yüksəlməsində fəal iştirak etmək ehtiyacı İsrafili məmur kimi çalışmağa yönəltdi. Lakin o harada işlədisə, jurnalist peşəkarlığından bacarıqla istifadə etdi, gözləntilərimizi doğrultdu”.

BDU-nun jurnalistika fakültəsində İsrafil müəllimin diplom işi də böyük əks-səda doğurub. Milli mətbuatımızın müstəqillik uğrunda mübarizəsinə həsr olunmuş, Şirməmməd Hüseynovun rəhbəri olduğu bu diplom işi o dövrdə Azərbaycanda baş vermiş mürəkkəb proseslərə müəyyən qədər işıq salıb.

Digər tələbə yoldaşı Rəhim Hüseynzadə isə bildirir ki, İsrafil yaxın çevrəsinə qayğı və himəyəsini heç vaxt əsirgəməyib: “Tələbəlik illərində İsrafil gecələr metropolitendə işləyirdi, maddi çətinliyimiz olanda, evdən öncə onun yanına qaçırdıq. Buna görə də adını “Qayğı” qoymuşduq. Sonralar da İsrafilin köməyindən faydalandıq”.

Dövlət qulluqçusu kimi İsrafil Qurbanov 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Admisitrasiyasında məsləhətçi, sektor müdiri və 2007-cı ildən isə şöbə müdirinin müavini vəzifələrində çalışıb. Bu dövrdə o bacarığı və peşəkarlığı ilə aparatda nümunəvi işçi olub.

İsrafil Qurbanovun xidmətləri müxtəlif dövlət təltiflərinə layiq görülüb. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarına, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.

İsrafil Qurbanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini kimi ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması işini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə öz təcrübəsini onunla çalışan gənclərə həvəslə öyrədib.

Təqaüddə olan dövlət qulluqçusu kimi son illərdə yenidən jurnalist dostlarının yaxın çevrəsində olan, peşəkar fəaliyyətini Müəllif Hüquqları Agentliyində davam etdirən İsrafil Qurbanovun zəngin və mənalı bioqrafiyası yetirməsi olduğu media ictimaiyyətinə başucalığı və öyünc gətirib. O bir jurnalist kimi heç vaxt həmkarları ilə əlaqələrini kəsməyib, mətbuatda maraqlı, aktual yazılarla çıxış edib.

Bu gün 75 illik yubileyini Vətənə layiqli xidmət timsalı kimi qeyd etdiyimiz həmkarımızın ömür yolu peşəkar jurnalistin uzun illər boyu yaratığı dövlət qulluğu örnəyinə çevrilib. Milli jurnalistikamızın yetkin və fədakar yetirməsini səmimi təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.

Namiq QƏDİMOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri