Icma.az
close
up
RU
Peşəsinə olan sevgisi, prinsipləri və etik dəyərləri mənim üçün hər zaman ilham mənbəyi olub Video

Peşəsinə olan sevgisi, prinsipləri və etik dəyərləri mənim üçün hər zaman ilham mənbəyi olub Video

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Aprelin 28-də Mətbuat Şurasında demək olar ki, jurnalistika sahəsində fəaliyyət göstərən jurnalistlərin çoxunun örnək götürdüyü, bilik və təcrübəsindən hamının öyrənməyə çalışdığı əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin 60 illik yubileyi keçirildi.

Tədbirin açılışında Mətbuat Şurasının sədri Rəşad Məcid Bahəddin Həzinin yaradıcılığından söz açdı, arzularını dilə gətirdi. Ardınca söz yubilyarın qələm dostlarına verildi.

Hər kəs Bahəddin Həzi haqqında xoş sözlərini dedi, onunla birlikdə keçən günlərin xatirələrindən danışdı, hətta ona şər atdığını və onun haqqında qərəzli yazılar yazdığını etiraf edən də oldu. Əslində maraqlı bir gün idi...

Mənalı keçən ömrün 60 illiyinin tamamı.... 60 yaş insan üçün bir çox şeyi ifadə edir. Bu illər ərzində topladığı zəngin həyat təcrübəsi, qazandığı biliklər və müdrik düşüncə tərzi bu gün Bahəddin Həzini başqalarından fərqləndirir.

Tədbirdə çıxış edən şair Zakir Fəxri maraqlı bir ifadə işlətdi: “Bahəddin Həzinin adını deyəndə əxlaq demək nəzərdə tutulur”. Həqiqətən Bahəddin Həzi hər yerdə davranışını, danışığını bilən, ciddi təbiətli, eyni zamanda mərhəmətli, bir az da mənfi xüsusiyyət kimi görünsə də hamını özü kimi bilən bir insandır. Mən 14 ildən artıqdır ki, Bahəddin Həzini tanıyıram. Bu illər ərzində fəaliyyətimlə bağlı ondan çox şey öyrənmişəm, dostluğu və sədaqəti öyrənmişəm.

Tədbirdə daha maraqlı bir ifadə eşitdim. Dedilər: “Bahəddin Həzi dostunu dar gündə qoymayan bir insandır”. Buna mən də şahidəm...

Əslində onun haqqında çox danışmaq olar. Amma deyirlər ki, deyilməyən söz daha dəyərlidir...

Bahəddin Həzi həyatın eniş-yoxuşlu anlarını görmüş, çox sınaqlardan keçmiş və yaşadıqlarından dərslər çıxarmış bir insandır. Bunu onun yazılarında da görmək mümkündür. 60 ilin tamamı isə, artıq həyatının daha sakit və stabil bir dövrüdür.

Bahəddin Həzinin yaradıcılığı həm də mənim peşəkar inkişafımda xüsusi bir mərhələdir. Onun jurnalistika sahəsindəki bilik və təcrübələrindən mən də yararlanmışam. Mənə yol göstərib, bu peşənin incəliklərini öyrədib. Dəyərli məsləhətləri, tənqidləri və dəstəyi sayəsində bu gün mən də “yaza bilirəm”...

Bahəddin Həzinin peşəsinə olan sevgisi, işinə olan həvəsi, prinsipləri və etik dəyərləri mənim üçün hər zaman ilham mənbəyi olub. Yadıma gəlir ki, “mən də fərqli yazmaq, öz imzamın olmasını istəyirəm” demişdim.  “O zaman yazılarını oxu, yazılarını necə redaktə etdiyimə diqqət et” demişdi. Onun dəstəyi və inamı sayəsində qarşılaşdığım çətinliklərdən üzüağ çıxmışam.

Mənə verdiyiniz biliklərə, göstərdiyiniz dəstəyə və səbrə görə minnətdaram, hocam. Mənim kimi yüzlərlə qələm əhli var ki, duyğularını dilə gətirir. Sevilən, dəyər görən insan ola bilmək çox çətindir bu dövrdə. Hər kəs öz mənfəətini düşündüyü halda sən böyüklük göstərib, hər kəsə bir yardım əli uzatmağı bacarırsan. Onu necə dəyərləndirmək isə, qarşındakı insanın vicdanından asılıdır.

Ötən gün Mətbuat Şurasında keçirilən yubiley tədbiri həqiqətən çox möhtəşəm idi... Azərbaycanın dəyərli qələm adamlarının bir araya toplanması, ürək sözlərini dilə gətirməsi qürurverici idi. Mən də Bahəddin Həzidən öyrəndiyini düşünən bir jurnalist olaraq, bundan qürur duydum.

Hocam, hər zaman belə olun, səmimi, mehriban, gülərüz və bir o qədər də təmkinli, ədalətli...

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri