Icma.az
close
up
RU
Peşezkianın Bakı səfərindən POZİTİV mesajlar: Azərbaycan İran münasibətlərində yeni səhifə açılır

Peşezkianın Bakı səfərindən POZİTİV mesajlar: Azərbaycan İran münasibətlərində yeni səhifə açılır

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

"İran prezidenti M. Pezeşkianın Bakıya səfəri iki ölkə arasında münasibətlərin yenidən inkişafına stimul olacaq. Bu səfər iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir. İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma, rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektlərə getməlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O qeyd edib ki,  rəsmi Tehran Zəngəzurla bağlı siyasətində korrektlər etməlidir: "İran prezidentinin bu səfərində iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, ortaq layihələrin icrası razılaşdırılacaq. Amma, İran tərəfi "Zəngəzur" dəhlizinin açılması istiqamətində öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir. Prezident M. Pezeşkian səfər öncəsi verdiyi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı pozitiv açıqlama verdi. Amma, bu məsələdə Ali dini rəhbər Ə. Xameneinin açıqlaması Tehranın rəsmi mövqeyi kimi qəbul edilir. Bu səfərdən sonra Tehran Zəngəzurla bağlı siyasətində korrektlər edə bilər".

Politoloq hesab edir ki, Azərbaycanla münasibətlərdə gərginlik yaratmaq İranın heç bir səbəbi yoxdur: "M. Pezeşkianın bu səfərdən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir. Amma, İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyi gözlənilmir. Buna baxmayaraq iki ölkə arasında münasibətlər Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməyəcək. Tehranda oturanlar başa düşməlidir ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid yoxdur. Qeyd edim ki, İsrail baş nazirinin Azərbaycana səfəri gözlənilir. Bu səfərdən sonra İranda radikallar Azərbaycana qarşı yenidən informasiya təxribatlarına başlayacaq. Təbii ki, İsrail baş naziri İran-Azərbaycan əməkdaşlığından narahatdır. İsrailin Baş naziri B. Netanyahu regional ittifaqları və dövlətlər arasında münasibətləri pozacaq fiqurdur. Amma, Azərbaycanın öz müstəqil siyasi gündəliyi var. Rəsmi Bakı B. Netanyahu üçün Ağ Ev deyil. Azərbaycan qonşuları ilə normal münasibətlərə üstünlük verəcək xəttə sahibdir. Prezident İlham Əliyev İranla normal münasibətlərdə maraqlıdır. Bunun üçün kifayət qədər siyasi iradə ortaya qoyur. Top İran tərəfindədir".

Aytac,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see139

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see133

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see132

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see126

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see125

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see124

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see120

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see119

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see119

Balıq və quşların davranışı dronların inkişafına kömək edir...

11 Sentyabr 2025 19:53see113

ABŞ Konqresində UNO dinləmələri

12 Sentyabr 2025 01:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri