Peskov: Əgər Bakı Moskvanı məhkəməyə versə, Rusiya rəsmi hökmü gözləyəcək
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi verdiktləri (hökm) gözləyəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“İstintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın haqqıdır, biz rəsmi verdiktləri gözləyəcəyik”, - Peskov deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirib ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək, bunun üçün müəyyən sənədlər hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















