Peskov: Rusiya ilə ABŞ arasında növbəti təmaslar ekspertlər səviyyəsində baş tutacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Növbəti Rusiya-Amerika təmasları iki ölkənin Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində baş tutacaq.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mediasının fevralın 25-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməsi planlaşdırılan görüşlə bağlı məlumatlarını şərh edərkən bildirib.
“Növbəti təmaslar Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində təmaslardır, ona görə də bu görüşlə bağlı məlumat almaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”, - o deyib.
Peskovun sözlərinə görə, bu cür danışıqlarda dialoqun normallaşdırılması tədbirləri müzakirə olunacaq.
O həmçinin vurğulayıb ki, ilk növbədə, diplomatik qurumların işinin qarşılıqlı əsasda normallaşdırılması tədbirləri məhz həmin danışıqlarda ekspertlər səviyyəsində müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















