Peskov: Rusiya Ukrayna danışıqlarında ABŞ ın səylərini şərh etməyəcəyik
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Amerika danışıqçılarının səyləri barədə şərh verməyəcək.
Gununsesi.info xəbər verir ki, “Əlbəttə ki, bunu gözləmək olar və gözləmək lazımdır. Biz uzun müddətdir deyirik ki, hər keçən gün Kiyev rejiminin həyatını pisləşdirir. Amerikalı danışıqçıların səyləri ilə bağlı heç bir şeyə şərh vermək istəməzdik”, – deyə o, Ukrayna tərəfinin sülh şərtlərinin pisləşməsi ilə bağlı açıqlamasına şərh vermək istəyinə cavab olaraq bildirib.
Daha əvvəl Ali Radanın üzvü Anna Skoroxod bildirmişdi ki, ABŞ prezidentinin elçiləri Stiven Vitkoff və Cared Kuşner Kiyevə səfərləri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə münaqişənin həlli üçün daha sərt şərtlər təklif ediblər.
Onun sözlərinə görə, amerikalı danışıqçılar Ukrayna konstitusiyasına dəyişikliklər edilməsini və itirilmiş ərazilərin Rusiya ərazisi kimi tanınmasını tələb ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu açıqlamanı “fərziyyə” adlandırıb.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Sentyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















