Peter Siyarto: Macarıstan TDT ölkələri ilə enerji əməkdaşlığını möhkəmləndirməyə davam edəcək
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Macarıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə enerji əməkdaşlığını möhkəmləndirməyə davam edəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş nazir Viktor Orban ilə birlikdə Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədəki paylaşımında bildirib.
Onun sözlərinə görə, Türk dünyası Macarıstanın etibarlı enerji təchizatını təmin etmək üzrə strateji məqsədinə çatmaqda əsas müttəfiqlərdən biridir.
"Biz Türkiyə ilə həmsərhəd olmayan, Türkiyə qazını alan ilk ölkə olduq və Macarıstanın enerji şirkətləri Azərbaycanın əsas təbii qaz və neft yataqlarında pay alıb. Bu il Qazaxıstandan 600 min ton neft idxal etməyi planlaşdırırıq və Özbəkistanda AES-in tikintisində macar texnologiyasından istifadə olunacaq", -deyə nazir "Facebook" hesabında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















