Icma.az
close
up
RU
Gəncləri hədə qorxu ilə dini mərasimlərə cəlb etmək olmaz” İlahiyyatçıdan AÇIQLAMA

Gəncləri hədə qorxu ilə dini mərasimlərə cəlb etmək olmaz” İlahiyyatçıdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Gənc nəslin dini mərasimlərə münasibəti günümüzdə olduqca fərqli təzahür edir. Bəzən valideynlər öz övladlarını səhv istiqamətdə yönləndirir, bəzən də gənclər özləri kiminsə dini çağırışlarına inanıb aldana bilirlər. Cəmiyyətin keçirdiyi sosial, mədəni və informasiya transformasiyaları fonunda bu münasibət həm dəyişir, həm də müxtəliflik göstərir. Bəzi gənclər dini mərasimlərə səmimi bir bağlılıqla yanaşır, bu mərasimlərdə iştirak etməyi ailə ənənəsi, mənəvi məsuliyyət və mədəni kimliyin bir hissəsi kimi qəbul edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, digərləri isə bu mərasimləri daha çox formal və zahiri bir çərçivədə görür, bəzən də dini ritualın mənəvi dərinliyindən çox, onun ictimai və maddi tərəflərinə yönəlir:
"Hazırkı gənclik daha çox sual verən, araşdıran, məntiq axtaran bir nəslə çevrilib. Onlar sadəcə “belə gəlib, belə də gedər” yanaşmasına tabe olmaq istəmirlər. Dini mərasimlərin mahiyyətini, əsasını, məqsədini anlamaq istəyirlər. Əgər bir dini mərasimdə mənəviyyat, insani dəyərlər, mərhəmət, təvazökarlıq və hikmət yoxdursa, sadəcə adət və ad gününə çevrilibsə, o zaman gənc bu mərasimdən uzaqlaşır.
Digər tərəfdən, bəzi dini mərasimlərdə israfçılıq və ya maddi yükə çevrilmiş ənənəvi tələblər gənclərin narazılığına səbəb olur. Bu gənclik, daha sadə, mənəvi və hikmətli bir yanaşmanı qəbul edir. Onlar dini mərasimlərin formalizmə deyil, səmimiyyətə dayanmasını istəyirlər. Bunu dinin özündə də görürlər. Çünki İslam dini rahatlıq dini, ağıla və qəlbə xitab edən bir sistemdir".
İlahiyyatçının sözlərinə görə, əgər biz gənclərə dini mərasimlərin hikmətini, məqsədini, insani tərəfini doğru dildə və şəffaf şəkildə başa salsaq, onlar bu mərasimlərdən uzaq qaçmazlar, əksinə, sevə-sevə iştirak edərlərdə:
"Amma əgər biz onları yalnız tənqid etsək, zorla, qorxu ilə bu mərasimlərə cəlb etməyə çalışsaq və ya onları mənasız xərclərlə, formal yanaşmalarla yükləsək, təbii olaraq soyuqluq yaranacaq. Biz gənclərə dinin bütün məsələlərini izah edib doğru və səhv inancları öyrətməliyik. Bu proses təhsildə həyata keçirilməlidir.  Orta və ali məktəblərdə ümumi dinlər və din haqqında anlayışlar gənclərə doğru istiqamətdə öyrədilməlidir. 
Gənclik səmimiyyət axtarır, mənəviyyat axtarır. Ona görə də dini mərasimlər öz mahiyyətinə – yəni Allaha yaxınlaşma, mərhəmət, birlik, dua və düşüncə üzərində qurularsa, gənclər onlara sevgi ilə yanaşacaq. Əgər bu mərasimlər sadəcə mövsümi tədbir və ya sosial təzyiqə çevrilərsə, o zaman gənclik ondan uzaqlaşacaq".
O qeyd edib ki, bu günün gəncliyi keçmişin kopyası deyil:
"Onlar fərqli dövrdə, fərqli informasiya mühitində formalaşıblar. Bizim borcumuz onları anlamaq, dinin mahiyyətini izah etmək və dini mərasimləri onların düşüncə tərzinə uyğun dildə təqdim etməkdir. Ancaq bu zaman həm din qazanacaq, həm gənclik, həm də cəmiyyət. Müxtəlif inancların olduğu Vətənimizdə gənclər də müxtəlifdir. Onların baxış tərzləri də müxtəlifdir. Əsasən ailədən daha çox təsirlənən gənclərimiz də var. Uşaqlıqdan hansı mühitdə böyüməsindən asılı olaraq gənclərimizin dini baxışları da müxtəlifdir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri