Pezeşkian Barzani ilə kürdcə, azərbaycanlı ilə farsca danışdı Reaksiya
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkianın AzTV-ə müsahibəsinin yayılması Güney Azərbaycan sosial media platformalarında fərqli reaksiyalarla qarşılaşıb.
Gunaz.tv
Əsas müzakirə olunan məsələ isə Pezeşkianın "bu tay, o tay bir-birimizlə qohumuq" sözü olub.
"Kim dilbir olan qohumu ilə özgə dilində danışar?!",- İran Prezidentinin jurnalistin Azərbaycan dilində suallarına farsca cavab verməsi tənqid olunub.
Bəziləri bunu İranın rəsmi dövlət dilinin farsca olması ilə əlaqələndirilmələri isə daha sərt reaksiyalara səbəb olub.
Azərbaycanlı sosial media istifadəçiləri Pezeşkianın İraqa səfəri zamanı və İraqın Kürdüstan muxtariyyətinin baş naziri Nəçirvan Barzaninin Tehrana səfəri çərçivəsində Prezidentin o və kürd jurnalistlərlə kürdcə danışmasını xatırladıblar:
"Onda da İranın rəsmi dövlət dili farsca idi, buna baxmayaraq Pezeşkian onlarla kürd dilində danışmağa cəsarət etsə də, Azərbaycan Respublikasının televizyasına müsahibəsində bu cəsarəti göstərə bilmədi".
Azərbaycanlı sosial media istifadçiləri Məsud Pezeşkianın ara-sıra Şəhriyardan şeir oxumasını onun azərbaycanlıların Şəhriyara sevgisindən siyasi məqsədlər üçün su-istifadəsi kimi dəyərləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















