“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Bu gün DTX Balakən Rayon İcra Hakimiyyəti başçısının həbsi xəbəri ilə yanaşı, onun rüşvət görüntülərini də ictimaiyyiləşdirib.
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Dövlət Təhlükəsizlik Xidmətinin nümayiş etdirdiyi kadrlara təəsüf hissi ilə baxdım. Həqiqətən də ürək ağrıdan, acınacaqlı kadrlar idi. Son illərdə, digər icra başçılarının, yüksək rütbəli məmurların həbsləri ilə bağlı belə videolar tez-tez nümayiş olunur. Əfsuslar olsun ki, bəziləri lazımi dərs götürmür, tamahını cilovlamaqda çətinlik çəkir və nəticədə həm özləri cinayət törədir, həm də rəhbərlik etdikləri sahələrdə xeyli sayda insanları sövq edirlər.
Balakənin keçmiş icra başçısı da, cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara rəğmən fəaliyyətində dönüş yaratmadı. Necə deyərlər, ,,gözü çıxmış,, həmkarlarının taleyindən düzgün nəticə çıxarmadığına görə, qanunun sərtliyinə tuş gəldi.
Rüşvətxorluq və korrupsiya hər bir dövlətin təməl prinsiplərini dağıdan, sosial-iqtisadi inkişafı ləngidən amillərdəndir. Eyni zamanda, milli təhlükəsizliyə təhdiddir. Azərbaycanda bu kimi neqativ halların qarşısının alınması üçün, şəxsən Prezident İlham Əliyev tərəfdən, güclü siyasi iradə var. Son həbslər bir daha göstərdi ki, Azərbaycanda toxunulmazlıq statusuna malik heç kimə xüsusi imtiyaz verilmir. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Hüquqi baxımdan, cəzanın əsas məqsədi odur ki, başqaları bundan nümunə götürsün. Bu baxımdan, DTX-nin keçirdiyi əməliyyatlar, ictimaiyyət tərəfindən müsbət qarşılanmaqla yanaşı, digərləri üçün növbəti xəbərdarlıq kimi qəbul olunmalıdır”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















