Pezeşkian: Biz ABŞ, İsrail və Avropa ilə tam müharibə vəziyyətindəyik
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
"Əgər onlar bizə yenidən hücum etsələr, daha sərt cavab alacaqlar. İran cəmiyyətinin birliyi bütün düşmən planlarını puça çıxaracaq", - deyə o əlavə edib.
Dövlət başçısı bu açıqlamanı İran təhlükəsizlik qurumlarının nümayəndələri ilə görüşündə çıxışı zamanı verilib. Pezeşkian Qərb ölkələrini sanksiyalar, siyasi təzyiq və İslam Respublikasına qarşı düşmənçilik hərəkətləri adlandırdığı hərəkətləri dəstəkləməklə İranı zəiflətməyə çalışmaqda günahlandırıb.
Prezident Tehranın eskalasiya axtarmadığını, lakin milli maraqlarını bütün mövcud vasitələrlə müdafiə edəcəyini vurğulayıb. O bildirib ki, İran müdafiə qabiliyyətlərini inkişaf etdirməyə və regiondakı müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcək.
Pezeşkianın açıqlamaları Yaxın Şərqdə gərginliyin artması, eləcə də İran, ABŞ və İsrail arasında təhlükəsizlik məsələləri, həçinin İranın nüvə proqramı ilə bağlı davam edən fikir ayrılıqları fonunda səsləndirib. Qərb ölkələri dəfələrlə bildiriblər ki, onların tədbirləri İranın hərbi və nüvə ambisiyalarını məhdudlaşdırmağa yönəlib, Tehran isə bu iddianı rədd edir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















