Pezeşkian meydan oxudu: Boyun əyməyəcəyik
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin hücum təhdidləri ilə üz-üzə qalan İranın Prezidenti Məsud Pezeşkian xarici güclərin ölkəni təslim etməyə çalışdığını bildirərək, təzyiqlərə qarşı dirəniş göstərəcəklərini bəyan edib. O, "Dünya zorakılıqla bizi özünə tabe etməyə çalışır, lakin biz bu problemlərə boyun əyməyəcəyik" deyib.
Milli.Az xəbər verir ki, Tehranda Paralimpiya Oyunlarında medal qazanan idmançılarla görüşən Pezeşkian xarici güclərin İrana qarşı qorxaqca və zorakı metodlardan istifadə etdiyini vurğulayıb.
Prezident ölkənin üzləşdiyi çətinlikləri aşmaq üçün cəmiyyətdə həmrəyliyin vacibliyini qeyd edib: "Biz bir millətik və tək vücud olaraq bir araya gəlməli, fərqliliklərimizi kənara qoyub yaranan yaraları sağaltmalıyıq."
Pezeşkian mövcud çatışmazlıqların fərqində olduqlarını və bu problemlərin öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklərini vəd edib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 21 Fevral 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















