Pezeşkian Putinə zəng ETDİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında İran xalqının müstəqillik uğrunda apardığı mübarizənin çətin dövründə göstərdiyi həmrəyliyə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Məsud Pezeşkian Rusiyanın İran xalqı ilə həmrəyliyini yüksək qiymətləndirib və hazırda münaqişənin kəskin mərhələsində regionda yaranmış vəziyyət barədə Vladimir Putinə ətraflı məlumat verib.
Öz növbəsində Vladimir Putin Moskvanın prinsipial mövqeyini bir daha vurğulayaraq bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar dərhal dayandırılmalı və mümkün qədər tez siyasi-diplomatik həll yoluna qayıdılmalıdır.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Mart 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















