Icma.az
close
up
RU
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik

Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərində bir çox problemin həll edildiyini və əlaqələrin əvvəlkindən xeyli yaxşılaşdığını bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pezeşkian televiziya ilə yayımlanan müsahibəsinin yekun hissəsində qeyd edib ki, hazırda regionda müharibə şəraitində İsrail və ABŞ Körfəz ölkələrini İrana qarşı səfərbər etməyə çalışır, Tehran isə bunun qarşısını almağa çalışır.

İran Prezidenti ABŞ və İsrailin ölkə daxilindəki fikir ayrılıqlarından da istifadə etməyə çalışdığını bildirib.

Pezeşkianın sözlərinə görə, İran müharibəni başladan tərəf olmayıb və döyüşlər başlayanda danışıqlar aparırdı. O bildirib ki, qarşı tərəfin hesablamalarına baxmayaraq, proses onların gözlədiyi kimi inkişaf etməyib.

İran Prezidenti ABŞ-ın region ölkələrinin ərazisindən İrana zərbələr endirdiyini də deyib. Onun sözlərinə görə, Tehran qonşu və dost ölkələri hədəfə almaq istəmir və yalnız özünə hücum edilən istiqamətlərdən cavab verir.

Pezeşkian Avropa ölkələrini də “snapback” mexanizmi ilə bağlı mövqeyinə görə tənqid edib və bunun avropalıların müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərdiyini bildirib.

İran Prezidenti İstanbulda imzalanmış razılaşmaya da toxunaraq, bunun Livandakı müharibənin dayandırılmasına imkan verdiyini, həmçinin bəzi sanksiyaların ləğvi və İranın vəsaitlərinin qaytarılması ilə bağlı nəticələr əldə edildiyini bildirib.

Pezeşkian Hörmüz boğazı ilə bağlı razılaşmaya da toxunub. O qeyd edib ki, qarşı tərəf öhdəliklərinin bir hissəsini yerinə yetirmədiyi üçün İran da buna uyğun reaksiya verib.

İran Prezidenti ABŞ-Çin münasibətlərini nümunə göstərərək, Vaşinqtonun Pekinlə müharibə aparmadığını və Çinlə problemlərin danışıqlar yolu ilə həll edilməsinin mümkün olduğunu bildirib.

Pezeşkian əlavə edib ki, İran öz hüquqlarından geri çəkilməyib və əldə olunan razılaşmanı müdafiə edəcək. O, İsrailin regionda müharibənin davam etməsində maraqlı olduğunu vurğulayıb.

İran Prezidenti, həmçinin istefa verəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib və vəzifəsindən ayrılmayacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Avqust 2026 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri