Pezeşkian Xamenei ilə görüşdü: iki saat yarım...
Axar.az saytına istinadən Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.
Axar.az APA-ya istinadla xəbər verir ki, Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.
O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə keçdiyini bildirib:
“Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”.
Pezeşkian qeyd edib ki, görüş qarşılıqlı hörmət mühitində baş tutub.
İran prezidentinin sözlərinə görə, düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi:
“Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















