Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian bölgələrin inkişafı üçün vəsaitin bölüşdürülməsində və işçilərə ödəniş sistemində ədalətsizliyin olduğunu bildirib.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, Pezeşkian bu barədə İranın kapital bazarına həsr olunmuş illik konfransda danışıb.
“Pul əyalətlərdən gəlir və Tehrana ayrılır. Pulun əyalətlərdən gəlməsi, inkişafın isə Tehranda baş verməsi məntiqlidirmi? Tehranda malların qiymətlərini sabit saxlayırıq, amma ucqar ərazilərdə inflyasiya əyalət mərkəzlərindəkindən daha yüksəkdir. Nəticədə insanlar həmin əraziləri tərk edib Tehran, Təbriz və Məşhədin kənarlarında məskunlaşırlar”, – o deyib.
“İnsanların davranışını vəsaitin necə bölüşdürülməsi və ödəniş mexanizmi müəyyən edir. Bu siyasəti biz müəyyənləşdiririk və burada ədalət diqqətdən kənarda qalıb. Həm işçilərə ödəniş sistemində, həm də bölgələrin inkişafı üçün vəsaitin ayrılmasında ədalətsizlik görürük. Bu məsələlər üzərində işləməli, ədalətin və inkişafın təmin olunması üçün düzgün plan qurmalıyıq”.
Pezeşkian hökumətin sahibkarların fəaliyyətinə mane olan qaydaları dəyişməyə hazır olduğunu da bildirib:
“Qanun və qaydalarla bağlı bir-birimizlə danışmalı, əl-ələ verməliyik. Hökumət olaraq qarşınızdakı maneələri aradan qaldırmağa çalışırıq. Ehtiyac olan sahələrdə bazar, istehsal və sahibkarlar üçün problem yaradan qaydaları dəyişməyə və ya ləğv etməyə hazırıq. Bu işdə Ticarət Palatası və istehsalçılarla birgə işləyəcəyik”.
Baxış sayı:110
Bu xəbər 21 Noyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















