Icma.az
close
up
RU
Pezeşkianın Əliyevə verdiyi sual gündəm oldu: Görün, hansı məsələ nəzərdə tutulubmuş

Pezeşkianın Əliyevə verdiyi sual gündəm oldu: Görün, hansı məsələ nəzərdə tutulubmuş

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekində “Çin xalqının yapon aqressiyasına qarşı Müqavimət müharibəsində və dünya antifaşist müharibəsində qələbənin 80-ci ildönümü” münasibətilə keçirilən hərbi parada qatılan Azərbaycan və İran prezidentlərinin arasındakı dialoq geniş müzakirələr doğurub.

Xüsusilə, Məsud Pezeşkianın ölkə başçısı İlham Əliyevə “Barışdınız?” sualını ünvanlaması daha çox diqqət çəkib.

Maraqlısı budur ki, İran prezidentinin Azərbaycanın Rusiya və Ermənistanla münasibətlərinin fonunda hansı ölkəni nəzərdə tutduğu barədə fərqli versiyalar yaranıb.

Məsələ ilə bağlı danışan deputat Azər Allahverənov News24.az-a açıqlamasında bildirib ki, İran Prezidentinin səsləndirdiyi “barışdınız?” ifadəsi müxtəlif şərhlərə yol açıb və fərqli yanaşmalara səbəb olub:

“Sadəcə, burada maraqlı məqam ondadır ki, İran Prezidentinin bu sözü İlham Əliyevin Vladimir Putinlə görüşməsindən əvvəl, yoxsa sonra deyilib, bu, önəmlidir. Çünki ifadənin hansı kontekstdə səslənməsi məsələnin mahiyyətini dəyişə bilər. Amma istənilən halda Pezeşkianın belə bir sualının daha çox Ermənistanla bağlı olması ehtimalı yüksəkdir. Çünki diplomatik dildə "barışdınız?" ifadəsi tərəflər arasında uzun müddət davam edən mübahisələr, müharibələr və anlaşılmazlıqlara işarə edir. Azərbaycanla Ermənistan arasında həm Birinci, həm də İkinci Qarabağ müharibəsi baş verib, hələ də həllini gözləyən məsələlər mövcuddur. Münasibətlərin normallaşdırılması üçün ciddi və ardıcıl addımlar atılmalıdır. Buna görə də, İran Prezidentinin sualının məhz bu kontekstdə səsləndiyi düşünülə bilər”.

Deputat əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən fikir ayrılıqları və ya problemlər olsa belə “barışdınız?” ifadəsinin həmin kontekstdə səsləndirilməsi inandırıcı görünmür:

“Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər strateji xarakter daşıyır və qarşılıqlı əməkdaşlıq müxtəlif istiqamətlərdə davam edir. Əlbəttə, bəzi məsələlərdə fikir ayrılıqları mövcud ola bilər, lakin bu, münasibətlərin bütövlükdə "barışıq" kontekstində dəyərləndirilməsini zəruri etmir. Mən düşünmürəm ki, Pezeşkian həmin sualı Rusiya ilə bağlı verib. Çox güman ki, burada Ermənistan-Azərbaycan münasibətləri, xüsusən də normallaşma prosesi nəzərdə tutulub”.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri