Icma.az
close
up
RU
Pezeşkianın ikibaşlı Zəngəzur açıqlaması: İran prezidentinin məqsədi nədir? KONKRET

Pezeşkianın ikibaşlı Zəngəzur açıqlaması: İran prezidentinin məqsədi nədir? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycana səfər edən İran Prezidenti Məsud Pezeşkian deyib ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyini pozmursa açıla bilər. İran da öz ərazisindən Naxçıvana yol verəcək. Bəs görəsən, bir vaxtlar Zəngəzur dəhlizinə qarşı çıxan İranın bu mövqe dəyişikliyi nəyə hesablanır?

Mövzunu KONKRET.az-a politoloq Taleh Əliyev şərh edib:

“İran Prezidenti Pezeşkianın Zəngəzur dəhlizi açıqlaması ikibaşlı ifadədir. Biz buna pozitiv tərəfdən yanaşdıqda qeyd edə bilərik ki, dəhliz Ermənistanın suverenliyini pozmur. Beləliklə, İran tərəfi də Zəngəzur dəhlizinin açılmasına etiraz etmir. Amma sabah İran və Rusiyayönlü qüvvələr bunu Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirə və etiraz edə bilər. Nəticədə rəsmi Tehran əvvəlki sərt və radikal mövqeyini ortaya qoymuş olacaq. Ona görə də bu cür ikibaşlı açıqlamanın verilməsi Pezeşkianın Bakıya səfəri ərəfəsində yumşaldıcı xarakter daşıyır. Həmçinin münasibətlərdə İran tərəfinin gözləntilərinin reallaşması baxımından verilmiş bir mesaj kimi dəyərləndirilə bilər”.

İran ərazisindən Naxçıvana yolun verilməsinə gəlincə, politoloq deyir ki, artıq bu istiqamətdə addımlar atılıb və razılıq əldə olunub:

“Araz çayı üzərindən körpülərin inşası ilə bağlı hazırlıq işləri tamamlanıb. İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyində ciddi dəyişikliyin olub-olmadığını biz qarşıdakı mərhələdə görəcəyik. Yəni Ermənistan və Azərbaycan bu istiqamətdə qəti razılaşsa, o zaman İranın necə reaksiya verəcəyi maraq doğuracaq. Tehran İran prezidentinin hazırki açıqlamasına istinad edərək bu məsələdə konstruktivlik göstərəcək, yoxsa fərqli addım atacaq? Bu sualın cavabı yaxın aylarda, xüsusilə, Bakı və İrəvan sülhə razılaşanda bilinəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see182

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri