Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini ölkə prezidenti Məsud Pezeşkiana təqdim edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, məlumatı parlament sədri Məhəmməd Baqir Qalibafın nəzarətində olan "Sobh-e no" qəzeti yayıb.
Nəşrin iddiasına görə, M.R.Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Pezeşkianın istefa ərizəsini qəbul etmədiyi bildirilir.
Xəbəri yayan nəşr bildirib ki, onun istefa qərarında Prezident Administrasiyasının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















