Icma.az
close
up
RU
Pezeşkianın nəzmlə çatdırmaq istədiyi siyasi mesajlar

Pezeşkianın nəzmlə çatdırmaq istədiyi siyasi mesajlar

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Aprelin 28-də Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın ölkəmizdə yüksək səviyyədə qarşılanması, ona göstərilən isti münasibət təxminən 100 ildən sonra Arazın o tayında türk əsilli soydaşımızın yenidən dövlət rəhbəri postu tutmasına olan sevincimizin, dəstəyimizin açıq ifadə forması idi.

Bunu bütün dünya, o cümlədən İrandakı türk qardaşlarımız, həmçinin digərləri gördü. 700 ildən artıq babalarımızın idarə etdiyi bir məmləkətdə yenidən türk oğlunun rəhbər seçilməsi damarlarında türk qanı axan insanları qürurlandırmaya bilməz. Pezeşkianın prezident seçilməsindən sonra İranda türklər arasında milli oyanışın baş qaldırması da tarixi və siyasi zərurətdən doğan proses kimi qəbul edilməlidir.

Məsud Pezeşkianın Bakıda “Heydərbabaya salam” poemasından səsləndirdiyi bir parça isə səfərin özü qədər maraqlı və əhəmiyyətli oldu. Onun Azərbaycanımızın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” şeirini doğma ana dilində, şirin Təbriz ləhcəsi ilə deməsi ürəyimizdəki ayrılıq həsrətini daha da alovlandırdı.

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən

Ağlaşaydım uzaq düşən elinən…

Bir görəydim, ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qaytar, göylərə sal bu səsi!

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb, bağırır,

Mürüvvətsiz insanları çağırır…

Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə  keçirilən Azərbaycan-İran biznes forumunda söylədiyi bu şeir sürəkli alqışlarla qarşılandı. O, Şəhriyarın iki yerə parçalanmış Azərbaycanın bölünməsinə qarşı hayqırtısının, etirazının əksini tapdığı şeiri Bakıda yüksək tribunada səsləndirməklə ayrılıq acısının, iztirabının sönməsinə imkan vermədi.  Şərqin müdrik lidelərlərinə xas cəhətlərini özündə birləşdirən İran prezidenti Pezeşkian Şah İsmayıl Xətainin ənənəsinə sadiq qalaraq poeziya ilə siyasi mesajlarını ustalıqla çatdırdı. 120 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn, fars millətçilərinin, dini fanatiklərinin hədəfində olan İran lideri brifinqdə açıq nitqlə deyə bilmədiyi ürək sözlərini, dərdini buradakı qardaşlarına şeirlə çatdırdı. Poetik dillə ifadə etsək, nəsrə sığdıra bilmədiyi etirazını nəzmlə ifadə etdi.

Şəhriyarın bu şeiri Xəlil Rza Ulutürkün Moskvadakı Lefortovo zindanında yazdığı “Azadlıq həsrəti” qədər milli ruhun qorunub saxlanılmasına, azadlığın, bütövlüyün bərqərar olmasına xidmət edir. Azadlığı əlindən alınan xalqların hayqırtıları, ismarışları şeirlərin misralarında gizlənir.  Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında səsləndirdiyi “Arazı ayırdılar” bayatısı,  tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi “Ayrılıq” mahnısı və Şəhriyarın “Heydərbabaya salam” poeması Azərbaycanın iki yerə bölünməsinə qarşı poetik etiraz, üsyandır. İrandakı fars siyasi elitası, radikal dindarlar da yaxşı başa düşürlər ki, bu şeirlər Azərbaycanın bölünməsinə üsyan, birləşməsinə çağırışdır.

İran və Azərbaycan prezidentlərinin Bakıda bir-birinə “qardaşım” deyə xitab etmələri də diqqətdən yayınmadı. “Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm” deyən Məsud Pezeşkian tezliklə yenidən Azərbaycana gələcəyini və növbəti səfərində burada daha çox qalacağını qeyd etdi: “Burada olanda heç zaman özümü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq”

Pezeşkianın Bakıda çıxışında diqqətçəkən məqamlardan biri də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərdir.

”Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq”, deyən Pezeşkianın bu açıqlaması Ermənistanda dərin məyusluq doğurdu, anti-azərbaycançı qüvvələrin kefinə soğan doğradı.

Yuxarıda qeyd etdiyimiz kimi, Pezeşkianın Bakı səfərinə ictimai marağın olmasının başlıca səbəblərindən biri onun soydaşımız olması ilə bağlıdır. O, heç vaxt Azərbaycan türkü olduğunu gizlətməyib və bununla qürur duyduğunu, hətta evində övladları ilə Ana dilində danışmağa üstünlük verdiyini bildirib. Tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə və Ana dilimizə bağlı olan Pezeşkianın rəhbəri olduğu İranın siyasi maraqlarını müdafiə etməsinə təbii yanaşmaq lazımdır.

Məhz iki ölkə liderlərinin səyi nəticəsində Azərbaycan-İran münasibətləri bu gün həmişəkindən daha yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın Bakıda bir-biri ilə səmimi müzakirələri, söhbətləri,  bəyanatları münasibətlərin dərinləşməsi üçün siyasi iradənin mövcudluğundan xəbər verdi.

Sonda onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra İranda, xüsusilə də türklərin yaşadıqları bölgələrdə Azərbaycan və onun lideri cənab İlham Əliyevə olan maraq, sevgi daha da artdı. Eyni zamanda cənab Prezidentin beynəlxalq aləmdə artan nüfuzu, geniş xarici siyasi əlaqələrinin olması sanksiyalardan əziyyət çəkən, iqtisadi blokadada olan İranın siyasi elitasını düşündürməyə bilməz. Azərbaycan liderinin imkanlarından istifadə edərək xarici dövlətlərlə münasibətlərindəki problemləri həll etməyə çalışan Tehran həmçinin ölkəmizin təşəbbüskarı və ya fəal iştirakçısı olduğu beynəlxalq kommunikasiya layihələrində iştirak etməyə can atır. Xüsusilə də, Azərbaycan üçün vacib olan Zəngəzur dəhlizi ilə bağlı əvvəlki ritorikasını dəyişən Tehran rəhbərliyinin regional və beynəlxalq səviyyəli kommunikasiya xətlərinin İrandan keçməsinə çalışması da başadüşüləndir.

Məsud Pezeşkianın da Bakı səfəri göstərdi ki, İran və Azərbaycan rəhbərliyi bütün anlaşılmazlıqları, problemləri dialoq və müzakirələ yolu ilə həll etməkdə maraqlıdırlar və iki ölkə arasında münasibətləri daha da dərinləşdirməklə regionda sülh, inkişaf yaratmaq niyyətindədirlər.

Nahid Canbaxışlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri