Icma.az
close
up
RU
Pezeşkianın tarixi Bakı səfərinin şifrələri Nələr yaşanır?

Pezeşkianın tarixi Bakı səfərinin şifrələri Nələr yaşanır?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gözlənildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi. Səfər istər təsadüf etdiyi vaxt, istərsə də Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti baxımından diqqət çəkir.

İran Prezidentinin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin yaxşılaşdırılması deyil, həm də yeni geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan səfəri sadəcə protokol səfəri kimi qiymətləndirmək yanlış olardı.

Azərbaycan uzun illərdir ki, qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri, Gürcüstanla strateji tərəfdaşlıq xətti və indi İranla münasibətlərin daha dərin səviyyəyə çatdırılması bu siyasətin məntiqi davamıdır.

Son zamanlar Azərbaycanla İran arasında diplomatik təmaslar daha sağlam və qarşılıqlı etimada əsaslanan yeni səhifənin açılmasına şərait yaradıb. Prinsipcə rəsmi Bakı Tehranla münasibətlərin normallaşmasında maraqlıdır. Azərbaycan hər zaman qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşama prinsiplərinə söykənib. Məhz bu prinsipial mövqe sayəsində ölkəmiz fərqli siyasi sistemlərə malik qonşularla sağlam münasibətlər qura bilib.

Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılmış 3+3 regional əməkdaşlıq formatı və bu çərçivədə İranın da fəal iştirak etməsi Bakı ilə Tehran arasında etimadın artmasına imkan yaradan əsas amillərdən olub. Bundan əlavə, Azərbaycan–İran–Türkiyə və Azərbaycan–İran–Rusiya üçtərəfli əməkdaşlıq mexanizmləri də bu yaxınlaşmanın vacib sütunlarıdır. Bu formatların təşəbbüskarı kimi çıxış edən Prezident İlham Əliyev regionda sabitliyin qorunması və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmlənməsi üçün real addımlar atır.

Regionun iqtisadi inteqrasiyası kontekstində Azərbaycanın nəqliyyat və tranzit imkanlarının genişlənməsi, xüsusilə Şimal-Cənub dəhlizində aparılan işlər, Rəşt-Astara dəmiryolunun tikintisi və Araz çayı üzərindən keçəcək Kəlalə–Ağbənd yolunun inşası, İranla əlaqələrin iqtisadi baza üzərində inkişaf etdiyini göstərir. Bu yeni marşrut həm Qara dənizlə Fars körfəzini birləşdirəcək, həm də bölgədə geoiqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Energetika sahəsində də əməkdaşlığın dərinləşdirilməsi gündəmdədir. Azərbaycanın bərpaolunan enerji üzrə artan potensialı və enerji ixracında alternativ marşrutlara çıxış imkanları İran üçün də əməkdaşlıq baxımından cəlbedicidir. İran, Azərbaycan və Rusiya arasında regional enerji mübadiləsi bazasının formalaşdırılması perspektivi də bu istiqamətdə yeni imkanlar yaradır.

Bütün bu məqamların fonunda diqqətçəkən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanla İran arasında münasibətlərin inkişafına üçüncü tərəflərin müdaxilə cəhdlərinə qarşı açıq mesaj verilir. Rəsmi Bakı bu məsələdə də öz prinsipial mövqeyini qoruyur – mehriban qonşuluq siyasəti yalnız ikitərəfli siyasi iradə ilə formalaşır, xarici təzyiq və manipulyasiya ilə deyil.

Azərbaycan bu gün regionda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiyanı təşviq edən əsas aktorlardan biridir. İranla münasibətlərin yeni mərhələyə qədəm qoyması isə bu siyasətin uğurlu davamıdır.

İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı danışıqlar konkret əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan gələcəyin planlaşdırılmasıdır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri