Icma.az
close
up
RU
Narışkinin Bakı səfərinin şifrələri təfərrüat

Narışkinin Bakı səfərinin şifrələri təfərrüat

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyadan Azərbaycana səfərlərin sıxlaşması nədən xəbər verir?

Xəbər verildiyi kimi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

“Yeni Müsavat” bildirir ki, Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb. O, danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib.

Narışkin tədbirdə Qərbin ünvanına tənqidlər səsləndirib və Əfqanıstan siyasəti ilə bağlı ittihamlar irəli sürüb. Lakin onun səfəri təkcə konfransın keçirilməsi baxımdan əhəmiyyətli deyil, gəlişi eyni zamanda Moskva-Bakı münasibətlərinin ən həssas dönəminə təsadüf edib. Xüsusən də son zamanlar müxtəlif rəsmi səviyyələrdə təmaslar artıb. Belə ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiyada xarici işlər naziri Sergey Lavrovla, Putinin köməkçisi Yuri Uşakovla görüşüb, həmçinin parlamentin sədri Sahibə Qafarova Rusiyaya səfər edib, bundan əlavə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib. Bu görüşlər çərçivəsində “Rus evi” və digər məsələlər barədə Moskvadan bəzi mesajlar verilib. Son dəfə Zaxarova, ardınca Peskov və həmçinin Primakovdan bəyanatlar eşidilib.

Narışkinin səfəri məhz həmin dövrə düşür. Üstəgəl, 9 May paradında Azərbaycan liderinin iştirakı gözlənilir. Bu mənada Rusiya kəşfiyyat şefinin paytaxtımıza təşrifini əlamətdar edən daha hansı səbəblər ola bilər? Son vaxtlar Rusiyadan Azərbaycana səfərlərin sıxlaşması, Azərbaycanla bağlı bəyanatların çoxalması nədən xəbər verir? Problemlər artıb, yoxsa münasibətlər düzəldilir?

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiyadan Azərbaycana səfərlərin artması, müzakirələrin intensivləşməsi dünyada yaranan yeni geopolitik şərtlərlə bağlıdır: “Belə ki, Rusiya və Amerika arasında danışıqlar prosesi başlanandan Moskvanın dünyada mövqeləri müəyyən qədər güclənməkdədir. Rusiya bir çox istiqamətlərdə, xüsusilə də postsovet məkanında mövqelərini qorumaq və bundan sonrakı dönəmdə öz təsir imkanlarını artırmaq niyyətindədir. Azərbaycanla Rusiya arasında ötən ilin dekabr ayında yaşanan məlum təyyarə qəzası hadisəsindən sonra münasibətlərdə soyuqluq yaranmağa başlamışdı. Soyuqlaşan münasibətlərdə son zamanlar müəyyən dəyişikliklər baş verməkdədir”.

Onun sözlərinə görə, həm Rusiya tərəfindən müəyyən üzrxahlığın edilməsi, dəymiş zərərin ödənilməsi kimi məsələlər, eyni zamanda istintaqla bağlı proseslərin aparılması Rusiyanın Azərbaycanla dialoqda və münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərən hadisələrdəndir. Politoloq qeyd etdi ki, o baxımdan Sergey Narışkinin səfərini də məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır: “Bu səfər əlbəttə ki, Azərbaycanla bir çox məsələləri, o cümlədən də təhlükəsizlik mövzuları ilə bağlı müzakirələri özündə ehtiva edir. Yəni hesab edirəm ki, Rusiyanın intensiv dialoq təşəbbüsləri, əlbəttə, münasibətlərin sərtləşməsinə yox, düzəlməsinə xidmət edən amildir. Nəzərə alaq ki, bu görüşlərdə müzakirə edilən məsələlər və verilən mesajlar da hər iki tərəfin münasibətlərin bundan sonra da gücləndirilməsində maraqlı olduğunu göstərən faktorlardır. Bu da hər iki tərəfin mənafeyinə uyğundur”.

O.Qasımov bildirdi ki, Rusiyanın son bir neçə ildə Güney Qafqazda, əsasən də Ermənistanda mövqeləri zəifləmişdi, indi bölgədə təsirlərini yenidən gücləndirmək niyyətindədir: “Ona görə də Güney Qafqaz dövlətləri ilə intensiv dialoq mərhələsinə keçid başlanıb. Faşizm üzərində qələbənin ildönümü münasibətilə keçiriləcək tədbirə Güney Qafqaz ölkələrinin liderlərinin xüsusi olaraq dəvət edilməsində də bu amil müəyyən rol oynayır”. Yada salaq ki, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur. Bu münasibətlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub. Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ceyhun Bayramov məktubda bildirib ki, ötən onilliklər ərzində iki ölkə arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib. XİN başçısı vurğulayıb ki, bu gün intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik çərçivəsində qarşılıqlı fəaliyyət səmərəli şəkildə möhkəmlənməkdə davam edir.

Xatırladaq ki, 2022-ci ildə Rusiya ilə Azərbaycan strateji müttəfiqlik bəyannaməsi imzalayıb. 43 maddəlik müttəfiqlik sənədi indiyə kimi iki ölkə arasında olan siyasi, iqtisadi, hüquqi, ticarət, hərbi və humanitar əlaqələrlə bağlı müqavilələrin bir bəyannamədə toplanaraq gələcək münasibətlərin yeni çərçivəsini müəyyən edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri