Icma.az
close
up
RU
PFL dən və klubdan cavab: Berezutski Əsasnaməni pozmayıb

PFL dən və klubdan cavab: Berezutski Əsasnaməni pozmayıb

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Sabah” oyunundan sonra gözlənilməz hadisə baş verdi. “Bayquşlar”ın baş məşqçisi Vasili Berezutski hakimlərdən narazılığının acığını jurnalistlərdən çıxdı. Belə ki, rusiyalı mütəxəssis media nümayəndələrinin suallarını dinləmədən konfrans otağını tərk etdi.

Biz bu məsələ ilə bağlı əvvəlcə PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin fikrini öyrəndik:

"Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olduğuma görə hazırkı reaksiyaları anlayışla qarşılayıram. Təbii ki, baş məşqçi səbr göstərib sualları da cavablasaydı, daha yaxşı olardı. Çünki jurnalistlər oyuna xüsusilə mətbuat konfransında iştirak üçün yollanırlar. Amma baş məşqçi Əsasnamə pozuntusuna yol verməyib. Əsasnamədə göstərilir ki, çalışdırıcı mətbuat konfransında iştirak etməlidi. Vasili Berezutski də öz növbəsində bunu edib. Özünüz də dəfələrlə avrokuboklarda da görmüsüz ki, konfransın müddətini, hətta sualların sayını mətbuat katibi tənzimləyir. Yəni indiki halda iradlara belə rahatlıqla “mən heç bir qaydanı pozmamışam” cavabını verə bilər. Kobud desək, bir neçə kəlmə ilə bütün suallara cavabı verdiyini deyə bilər".


Klubun mövqeyini də öyrənməyi lazım bildik. Mütəxəssisin mətbuat konfransını yarımçıq tərk etməsinə görə üzürxahlığa ehtiyac görmürsüzmü? Bu sualı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq:

“Baş məşqçimiz Vasili Berezutski PFL-in Əsasnaməsinə uyğun şəkildə oyun sonrası mətbuat konfransında iştirak edib və mətbuat konfransı zamanı oyunla bağlı fikirlərinin ancaq qeyd etdiklərindən ibarət olduğunu bildirib. Mətbuat konfransını tərk edərkən də media mənsublarının bunu anlayışla qarşılayacaqlarını düşünərək öz təşəkkürünüi ifadə edib. Bəzi media nümayəndələrinin iradlarını başa düşürəm. Ən azı oyunun vacibliyini nəzərə alsaq, əlavə sualların olması da başadüşüləndi. Lakin burda media nümayəndələrsinə hörmətsizlikdən söhbət gedə bilməz. Ən azı Berezutski həmişə mətbuat konfranslarında ona ünvanlanan istənilən sualı ətraflı cavablayıb. Bu günə kimi də media tərəfindən hansısa narazılıq olmayıb”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri