Pikapla bara yaxınlaşdılar, atəş açdılar: 10 ölü, 7 yaralı
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Meksikanın Santyaqo de Keretaro şəhərində silahlı hücumçuların bara atəş açması nəticəsində ölən və yaralananlar var.
Publika.az xəbər verir ki, Meksikada tez-tez baş verən silahlı hücumlara yenisi əlavə edilib.
Hücumçular ölkənin mərkəzində yerləşən Queretaro əyalətinin paytaxtı Santyaqo de Keretaroda "pikap"la bara yaxınlaşaraq atəş açıblar.
“Los Cantaritos” barında törədilən hücumda 10 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.
Queretaro Təhlükəsizlik Departamentinin rəisi Xuan Luis Ferruska açıqlamasında bildirib ki, təcili yardım xidmətləri hadisə yerinə dərhal gedib:
“Bir şübhəli nəzarətə alınıb. İstifadə edilən avtomobil tərk edilmiş vəziyyətdə tapılıb”.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:Avtomobilli şəxslər bardakılara atəş açdılar; 10 ölü, 7 yaralı FOTO VİDEO
10 Noyabr 2024 16:29
Avtomobilli şəxslər bardakılara atəş açdı; 10 ölü, 7 yaralı FOTO VİDEO
10 Noyabr 2024 16:39
Meksikada həbsxanada qiyam: 7 ölü, 10 yaralı var
20 Dekabr 2024 11:29
Bu ölkədə silahlı insident: 10 ölü, 7 yaralı var
10 Noyabr 2024 16:58
Bina çökdü: 4 ölü, 7 yaralı
09 May 2025 11:30
Baxış sayı:59
Bu xəbər 11 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















