Icma.az
close
up
RU
Avtomobilli şəxslər bardakılara atəş açdılar; 10 ölü, 7 yaralı FOTO VİDEO

Avtomobilli şəxslər bardakılara atəş açdılar; 10 ölü, 7 yaralı FOTO VİDEO

Meksikanın Queretaro şəhərində eyni adlı barda naməlum şəxslərin atəş açması nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət İctimai Təhlükəsizlik Departamentinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Məlumata görə, şənbə günü axşam saatlarında 4 silahlı şəxs avtomobili barın arxa qapısında saxlayıblar və içəri daxil olaraq insanlara atəş açıblar.

“Hazırda məlumdur ki, insident nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb”, - idarənin rəhbəri Xuan Luis Ortis bildirib.

Onun sözlərinə görə, hücum edənlərin getdiyi iddia edilən avtomobil daha sonra Queretaro ştatının El Markes bələdiyyəsində yanmış vəziyyətdə tapılıb.

Qeyd olunur ki, polis hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir nəfəri də saxlayıb.

Namiq Musayev

seeBaxış sayı:80
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri