Icma.az
close
up
RU
Pilotlarımız 34 dəfə cəhd etdilər, amma təyyarəni endirə bilmədilər Osman Gündüz başına gələn hadisədən YAZDI

Pilotlarımız 34 dəfə cəhd etdilər, amma təyyarəni endirə bilmədilər Osman Gündüz başına gələn hadisədən YAZDI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"On il bundan öncə, ölkədə startap hərəkatına yeni başladığımız dövrdə biz "Startap Türkiyə" beynəlxalq forumunda iştirak üçün Antalyaya uçmalı olduq.

Tələsik olduğundan, uçuşumuz çox da uyğunsuz bir reys idi: Bakı-İstanbul-Ankara-Antalya".

Redaktor.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

"Biz Antalya üzərində, göydə dəhşətli qasırğaya və tufana düşdük. Fevral-mart ayları olardı. Təyyarə tam olaraq idarəetmədən çıxmışdı. İlk dəfə gördüm ki, təyyarə göydə idarə edilməyə bilərmiş.

Dənizdə gəmi tufanda dalğalar üzərində necə veziyyətdə olurdusa, təyyarəmiz də həmin vəziyyətdəydi. Təsəvvür edin ildırım çaxanda təyyarəni onlarla metr kənara atırdı.

Pilotlarımız 3-4 dəfə cəhd etdilər, amma təyyarəni endirə bilmədilər.

Təyyarə salonundakı vəziyyəti izah etmək indi çox çətindir, düzü hamı ölümü göz altına almışdı. Bir neçə dəfə ölümün bir addımlığında olduğuma rəğmən bir anlıq düşünmüşdüm ki, bu nə şərəfsiz ölüm oldu.

O zaman mən də arzulamışdım ki, bəlkə nəsə ola, heç olmasa dənizə düşəydi. Necə deyərlər, göydə olanda adamın ağlına min cür şeylər gəlir.

Nəsə, pilotlar vuruşdular, hər dəfə "eniriz, eniriz" desələr də tufan və qasırğa, ildırım, şimşək təyyarəni vurub atırdı kənara və onlar təyyarəni endirə bilmədilər. İlk dəfə gördüm ki, enməyə cəhd edən təyyarənin enə bilmədikdə yenidən sürət yığması, hündürlük götürməsi dəhşətli şeymiş. Təyyarə havada sadəcə asılıb qalır.

Beləliklə, güman ki, təyyarəmizin yanacağı qurtaqmaq üzrə ola biləcəyindən, pilot da, necə deyərlər, təbiətlə vuruşmaqdan yorulub, bizi hardasa Qara dəniz sahilində, zülmət içərisində, sel-tufan içərisində olan bir kənd aeroportuna güclə endirdə bildi.

Xilasedicilər tökülüşdülər və biz ölümdən qurtulduq.

Bir neçə saat sonra isə yenidən təyyarəyə minməyə qorxanlar avtobusla, digərlərimiz də elə həmin təyyarə ilə aydın bir səmada Antalyaya endik. Baxdıq ki, bütün şəhər qasırğadan dağılıb.

Tədbir zamanı eşitdik ki, Türk TV-ləri həmin pilotun qəhrəmanlığından danışırmışlar.

Belə. Bəzən həyat seçim verir, bəzən də vermir.

Unutmayacağım bir hadisə olub", - deyə O.Gündüz bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri