Icma.az
close
up
RU
Pilotlarımız 34 dəfə cəhd etdilər, amma... Osman Gündüz detalları açıqladı

Pilotlarımız 34 dəfə cəhd etdilər, amma... Osman Gündüz detalları açıqladı

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"On il bundan öncə, ölkədə startap hərəkatına yeni başladığımız dövrdə biz "Startap Türkiyə" beynəlxalq forumunda iştirak üçün Antalyaya uçmalı olduq. Tələsik olduğundan, uçuşumuz çox da uyğunsuz bir reys idi: Bakı-İstanbul-Ankara-Antalya".

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

"Biz Antalya üzərində, göydə dəhşətli qasırğaya və tufana düşdük. Fevral-mart ayları olardı. Təyyarə tam olaraq idarəetmədən çıxmışdı. İlk dəfə gördüm ki, təyyarə göydə idarə edilməyə bilərmiş.

Dənizdə gəmi tufanda dalğalar üzərində necə veziyyətdə olurdusa, təyyarəmiz də həmin vəziyyətdəydi. Təsəvvür edin ildırım çaxanda təyyarəni onlarla metr kənara atırdı.

Pilotlarımız 3-4 dəfə cəhd etdilər, amma təyyarəni endirə bilmədilər.

Təyyarə salonundakı vəziyyəti izah etmək indi çox çətindir, düzü hamı ölümü göz altına almışdı. Bir neçə dəfə ölümün bir addımlığında olduğuma rəğmən bir anlıq düşünmüşdüm ki, bu nə şərəfsiz ölüm oldu.

O zaman mən də arzulamışdım ki, bəlkə nəsə ola, heç olmasa dənizə düşəydi. Necə deyərlər, göydə olanda adamın ağlına min cür şeylər gəlir.

Nəsə, pilotlar vuruşdular, hər dəfə "eniriz, eniriz" desələr də tufan və qasırğa, ildırım, şimşək təyyarəni vurub atırdı kənara və onlar təyyarəni endirə bilmədilər. İlk dəfə gördüm ki, enməyə cəhd edən təyyarənin enə bilmədikdə yenidən sürət yığması, hündürlük götürməsi dəhşətli şeymiş. Təyyarə havada sadəcə asılıb qalır.

Beləliklə, güman ki, təyyarəmizin yanacağı qurtaqmaq üzrə ola biləcəyindən, pilot da, necə deyərlər, təbiətlə vuruşmaqdan yorulub, bizi hardasa Qara dəniz sahilində, zülmət içərisində, sel-tufan içərisində olan bir kənd aeroportuna güclə endirdə bildi.

Xilasedicilər tökülüşdülər və biz ölümdən qurtulduq.

Bir neçə saat sonra isə yenidən təyyarəyə minməyə qorxanlar avtobusla, digərlərimiz də elə həmin təyyarə ilə aydın bir səmada Antalyaya endik. Baxdıq ki, bütün şəhər qasırğadan dağılıb.

Tədbir zamanı eşitdik ki, Türk TV-ləri həmin pilotun qəhrəmanlığından danışırmışlar.

Belə. Bəzən həyat seçim verir, bəzən də vermir.

Unutmayacağım bir hadisə olub", - deyə O.Gündüz qeyd edib.

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri