Pilotların peşəkarlığı sərnişinlərin sağ qalmasına səbəb oldu EKSPERT
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Big.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, AZAL-ın pilotları kifayət qədər təmkinli davranaraq hava gəmisini düzünə endirməyə çalışırlar. Bu o deməkdir ki, düzünə eniş alınsaydı itki çox olmazdı. Çünki təyyarə qəzadan öncə kifayət qədər rahat formada eniş zamanı əldə etmişdi:
"Çox ağır hadisədir, dünyada hər il baş verən təyyarə qəzalarının sırasına daha bir əlavə olundu. İtki çoxdur, hər birinə Allahdan rəhmət diləyirəm. Hadisənin bütün detalları təyyarədəki qara qutu açılandan və analız aparılandan sonra məlum olacaq. Tələm-tələsik rəy verib təhlil aparmaq çətindir. Ancaq qəza anına baxanda görünür ki, AZAL-ın pilotları kifayət qədər təmkinli davranaraq hava gəmisini düzünə endirməyə çalışırlar. Bu o deməkdir ki, düzünə eniş alınsaydı itki çox olmazdı. Çünki təyyarə qəzadan öncə kifayət qədər rahat formada eniş zamanı əldə etmişdi. Belə olan halda yerə toxunuşun şiddəti az ola bilərdi. Sadəcə qismət belə gətirir ki, təyyarə yanı üstə yerı çırpılır və qanadı qopur, ardınca burun hissəsi yerə toxunaraq alışır. Qəzadan sağ çıxanlar var, hamısına şəfa diləyirəm. Pilotların peşəkarlığı onların sağ qalmasına səbəb oldu. Daha dəqiq rəy bildirmək çox çətindir. Qara qutunun açılmasını gözləmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Dekabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















