“Qarabağ”ın sabiq hücumçusu İngiltərə Premyer Liqasının klubunun hədəfində
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şotlandiyanın “Seltik” klubunda uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, “Lids” kolumbiyalı futbolçunun transferində maraqlıdır. İngiltərə klubunun skautları artıq hücumçunun oyunlarını yaxından izləyiblər.
Yayda “Qarabağ”dan altı milyon funt sterlinqə (13,4 milyon AZN) transfer olunan 24 yaşlı futbolçu “Seltik”in heyətində keçirdiyi 22 oyunda 14 qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.
Lakin Şotlandiya klubu mövsümün ortasında əsas hücumçularından biri ilə yollarını ayırmaq istəmir. Çempionluq uğrunda mübarizə aparan və avrokuboklarda çıxışını davam etdirən Qlazqo təmsilçisinin rəhbərliyi yalnız son dərəcə yüksək maliyyə təklifi qarşılığında transferə razılıq verə bilər.
“Seltik” rəhbərliyi Duranı uzunmüddətli perspektivdə dəyəri artan futbolçu hesab edir. Onun həm mərkəz hücumçusu, həm də sağ cinah oyunçusu kimi çıxış edə bilməsi İngiltərə klublarının marağını daha da artırır.
“Lids”in qış transfer pəncərəsində böyük məbləğ xərcləməyə hazır olmadığı və kolumbiyalı futbolçunun keçidi üçün 2027-ci ilin yayını gözləyə biləcəyi vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















