Pilotun “Formula”sı: “Budo Qlimt”i zirvəyə daşıyan sirr
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveç futbolunun son illərdəki ən böyük sürprizi olan “Budo-Qlimt” klubunun uğurunun pərdəarxası məqamları üzə çıxıb. Komandanın Çempionlar Liqasındakı inanılmaz çıxışının səbəbi yalnız taktika deyil, həm də xüsusi psixoloji hazırlıqdır.
İdman.Biz xəbər verir ki, klubun baş məşqçisi komandanın vacib matçlarda təzyiqlə bacara bilmədiyini görərək qeyri-adi addım atıb. O, məşqçilər korpusuna keçmiş qırıcı təyyarə pilotunu dəvət edib.
Hərbi pilot futbolçulara ekstremal şəraitdə düzgün düşünmək və özünəinamı aşılamaq üçün xüsusi proqram tətbiq edib. Keçmiş əsgərin futbolçuların beyninə yeritdiyi əsas fikir isə onların dünyadakı istənilən klubu məğlub etməyə qadir olduqlarıdır.
Nəticə isə göz qabağındadır: Əvvəllər Çempionlar Liqasında oynamayan “Budo-Qlimt” ardıcıl olaraq “Mançester Siti”, “Atletiko”, “İnter” və “Sportinq” kimi nəhəngləri diz çökdürüb. Hazırda Norveç təmsilçisi turnirin 1/4 final mərhələsinə çıxmağa bir addım qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Mart 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















