Serdar Ortaç keçmiş həyat yoldaşını təbrik edib
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli müğənni Serdar Ortaç keçmiş həyat yoldaşı, irlandiyalı model Chloe Loughnanın hamilə olduğunu açıqlamasına münasibət bildirib.
Sherg.az xəbər verir ki, Ortaç onu təbrik edərək xoş arzularını çatdırıb.
Harbiyedə konsert öncəsi jurnalistlərin suallarını cavablandıran müğənni keçmiş həyat yoldaşının hamiləliyi barədə danışıb. Ortaç, “Onunla ailə qurduğum üçün yaxşı ki, peşman deyiləm. Allah ata-anası ilə böyütsün. Övlad sahibi olmaq çox gözəl hissdir, qismət ona nəsib imiş”, - deyə bildirib.
Ortaçın anası Nesrin Ortaç da oğlunun konsertində iştirak edib. O, keçmiş gəlini Loughnanın ana olmağa hazırlaşması ilə bağlı “Təbrik edirəm, nə deyə bilərəm ki?” sözlərini deyib.
Serdar Ortaç və Chloe Loughnan 2014-2019-cu illərdə evli olublar. Loughnan 2023-cü ildə memar Fergus Hennessydən evlilik təklifi alıb. Model bir neçə gün əvvəl sosial media hesabında hamiləlik fotolarını paylaşaraq “İndiyədək ən sevdiyim bölüm” qeydini yazıb.
Ortaç daha əvvəl evli olduğu dövrdə övlad sahibi olmaq istədiyini dəfələrlə açıqlamışdı. Cütlüyün ayrılmasından sonra isə aliment və əmlakla bağlı iddialar bir müddət Türkiyə mətbuatının gündəmində olmuşdu.
Baxış sayı:93
Bu xəbər 13 Sentyabr 2026 04:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















