Icma.az
close
up
RU
Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Pirallahı Rayon İcra Hakimiyyətində Pirallahı Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib. 

"Unikal" xəbər verir ki, konfransda RİH başçısı Vasif İmanov, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, sədrin birinci müavini, millət vəkili Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, RİH başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və Şuranın üzvləri iştirak ediblər. 

Konfrans Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Ardınca Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək 2024-cü ilin ikinci yarısı və 2025-ci ilin birinci yarısı ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, qeyd olunan dövr ərzində rayonun ağsaqqalları vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin və fiziki aktivliyin təşviqi, narkomaniyanın fəsadları, erkən nikahların cəmiyyətə təsiri və digər aktual mövzular üzrə maarifləndirici tədbirlərdə fəal iştirak etmiş, gənclərin tərbiyə və inkişafında əhəmiyyətli rol oynamışlar. Bununla yanaşı, xüsusi günlərdə rayon ağsaqqalları Pirallahı Rayon İcra Hakimiyyəti ilə birgə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının ziyarətində daima fəallıq göstərmişdir. Əli Kərimov geniş hesabatında həmçinin qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyət istiqamətləri barədə də məlumat verərək, ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində üzərlərinə düşən məsuliyyəti daim yüksək səviyyədə yerinə yetirəcəklərini vurğulayıb. 

Daha sonra çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri Fazil Məhəmmədov, Sevda Alxasova və İlqar Məmmədli hesabat dövründə görülmüş işlər barədə geniş məlumat verərək, ölkəmizdə ağsaqqal institutunun cəmiyyət tərəfindən hər zaman yüksək dəyərləndirildiyini vurğuladılar. Qeyd olundu ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ailə və cəmiyyət institutunun möhkəmləndirilməsində, gənc nəslin tərbiyəsində ağsaqqalların rolu danılmazdır və bu gün də həmin ənənə uğurla davam etdirilir. Natiqlər, həmçinin, bu yüksək ada və ictimai etimada uyğun fəaliyyət göstərməyin hər bir ağsaqqal üçün həm məsuliyyət, həm də fəxr mənbəyi olduğunu qeyd edərək, qarşıda duran vəzifələrin icrasında daha da fəal olacaqlarını, rayonun ictimai-mədəni həyatında iştiraklarını davam etdirəcəklərini bildirdilər.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, sədrin birinci müavini, akademik Əhliman Əmiraslanov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamlarını və xoş arzularını konfrans iştirakçılarına çatdırdı. Çıxışında Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən Əhliman Əmiraslanov, Şura üzvlərinin daim fəallıqları, vətənpərvərlik ruhunda həyata keçirdikləri tədbirlər və gənc nəslin tərbiyəsindəki əhəmiyyətli rolları ilə fərqləndiklərini vurğuladı. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd etdi ki, Şura öz işini ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin cəmiyyətimizdə daha geniş şəkildə təbliğ edilməsi istiqamətində uğurla davam etdirir. Akademik Ə.Əmiraslanov çıxışında, həmçinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, habelə həmin torpaqlara mərhələli şəkildə vətəndaşların qayıdışından bəhs edərək bu proseslərin ölkəmizin davamlı inkişafı və vətəndaş rifahının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Natiq çıxışında cəmiyyətin qarşısında duran sosial-mənəvi məsələlərə də toxunaraq, ailə institutunun zəifləməsi, erkən və qohumlar arasında bağlanan nikahların yaratdığı təhlükələr barədə narahatlığını ifadə etdi. Bu halların qarşısının alınmasında ağsaqqalların maarifləndirici fəaliyyətinin xüsusi rol oynadığını bildirərək, onların bu istiqamətdə daha da fəal iştirak etməsinin vacibliyini vurğuladı. Sonda Əhliman Əmiraslanov Pirallahı Rayon Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı məmnunluğunu bir daha ifadə edərək, bütün iştirakçılara möhkəm cansağlığı, yeni-yeni uğurlar və ictimai fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıb. 

Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Ağsaqqallar Şurasının rayonun ictimai həyatında oynadığı mühüm roldan bəhs edərək vurğulayıb ki, Pirallahı rayonunun ağsaqqalları uzun illərdir ki, zəngin həyat təcrübələri, müdrik məsləhətləri və nümunəvi həyat yolları ilə gənc nəslin milli dəyərlər əsasında tərbiyəsinə və vətəndaşlıq mövqeyinin formalaşmasına əhəmiyyətli töhfələr verirlər. Qeyd edildi ki, rayon ərazisində həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında, ictimai maarifləndirmə tədbirlərində, eləcə də şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdə ağsaqqalların fəallığı və dəstəyi daim yüksək qiymətləndirilir. Sonda RİH başçısı Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, onların gələcəkdə də rayonun inkişafında, ictimai həmrəyliyin möhkəmləndirilməsində və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayacaqlarına əminliyini ifadə etdi, Şura üzvlərinə möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see270

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see153

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see135

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see130

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see124

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri