Icma.az
close
up
RU
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində intellektual yarış keçirildi

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində intellektual yarış keçirildi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

21 noyabr 2024-cü il tarixdə  Yeni Azərbaycan Partiyası (YAP)  Zəngilan rayon təşkilatı və  Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə Nə? Harada? Nə Zaman? intellektual yarışı keçirilib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov,  Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçının müavini Nizami Mönsümov, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yarışın əhəmiyyətini vurğulayaraq, yarışın əsas məqsədi YAP-ın yaranmasının dəyərinin gənclərə anlatmaq, gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxarmaq və gənclərin bu cür tədbirlərdə fəal iştirak etməsinin vacibliyini qeyd etmişdir. "Bu yarış gənclərimizin biliklərini artırmaqla yanaşı, onların dostluq və həmrəylik ruhunu da gücləndirir. Gənclərimizin belə tədbirlərdə fəal iştirakı bizim gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir," – deyə o, bildirmişdir.

Digər çıxış edənlərdə qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda uğurla  addımlayan Yeni Azərbaycan Partiyası  Azərbaycanın siyası həyatında mühüm rol oynamış və ölkənin inkişafına önəmli töhfələr vermişdir.

Zəngilan rayon Mədəniyyət Evində keçirilən tədbirdə 12 komanda iştirak edib. Yarışmada iştirakçılara 2 tur boyunca Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, YAP-ın yaranma tarixi, fəaliyyəti, 44 Günlük Zəfər tarixi, ümumi dünyagörüş və ekoloji mövzulara aid müxtəlif çətinlikdə suallar verilib.

Nəticə etibarilə, yarışda qalibiyyəti “Xarıbülbül” komandası qazanıb, “Həkəri” komandası 2-ci, “Vətən” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalar kubokla,  müvafiq diplomlarla təltif olunub, yarışda iştirak etmiş digər komandalara da Təşəkkürnamələr verilib.

Həmçinin rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim olundu.

Sonda YAP-nın himni səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri