Icma.az
close
up
RU
Pirallahı Tibb Mərkəzinə media tur təşkil olunub

Pirallahı Tibb Mərkəzinə media tur təşkil olunub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Pirallahı Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olundu. Əvvəlcə, Agentliyin Makretinq və ictimaiyyətlə əlaqalər departamentinin rəhbəri Aynurə Əhmədova media və qeyri-hökümət təşkilatlarının nümayəndələrinə xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra Təcili tibbi yardım, Yoluxucu xəstəliklər və Fizioterapiya şöbələrinin yaradıldığı barədə məlumat verdi. Bildirdi ki, sözügedən şöbələr yeni tibbi avadanlıqları ilə  təchiz olunub:

- Bunlar USM, EXO, EKQ, Holter cihazı (kardioloji müayinə metodları), görmə itiliyini ölçən cihaz (avtorefraktomet), biomikroskop, UVÇ-terapiya (ultrayüksək tezlikli terapiya) digər fizioterapevtik vakuum terapiya və s. cihazlarıdır. Mərkəzdə əvvəllər icra olunmayan müxtəlif qarın boşluğu və ginekoloji əməliyyatların icrasına da başlanılıb. Həmçinin, ilk dəfə olaraq göz daxilində patoloji damarların yaranmasını və mövcud damarların sızmasını azaltmaq üçün göz daxilinə Avastin inyeksiyalarının tətbiqi ilə müalicəvi prosedurlara da başlanılıb. Onu da əlavə edim ki, ötən il ərzində Pirallahı Tibb Mərkəzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın cərrahi əməliyyat həyata keçirilib. Bunlara, əsasən hamiləlik, doğuş tibbi xidmətləri, sidik-cinsiyyət, həzm sistemi, dəri və dərialtı toxuma xəstəlikləri üzrə cərrahi əməliyyatlar daxildir. Qeyd olunan dövr ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən çox müraciət edilib, 350 mindən çox isə xidmət göstərilib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli isə bildirdi ki, ötən il Pirallahı Tibb Mərkəzində monitorinqlər həyata keçirilib. Nəticədə, tibbi xidmətlərin təşkili, həmçinin infrastruktur, texniki avadanlıqların vəziyyəti və tibb heyətinin göndərişlərinin  verilməsi üzrə bilik səviyyəsi qiymətləndirilib. Departament müdirinin sözlərinə görə, aşkarlanan müsbət cəhətlərlə yanaşı, bəzi inkişaf etdirilməli sahələr də müəyyən edilib və onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb:

- Ümumiyyətlə, tibb müəssisələrində həyata keçirilən monitorinqlərin məqsədi vətəndaşların icbari tibbi sığortadan maneəsiz şəkildə faydalanmasını təmin etmək, tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və bununla da ümumi məmnunluğu artırmaqdır. Qiymətləndirmə zamanı əsas meyarlar kimi Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin təşkili, pasiyent qəbulu və qeydiyyat prosedurlarının düzgün aparılması, kompüter avadanlıqlarının və internet bağlantısının mövcudluğu, eləcə də maddi-texniki təchizatın səviyyəsi nəzərə alınır.

Daha sonra, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd etdi ki, Mərkəz həm yerləşmə baxımından, həm də xidmət göstərdiyi əhali sayına görə diqqət mərkəzindədir:

- Burada, təxminən 20 min vətəndaşımız tibbi xidmətlə təmin olunur. Əlavə olaraq qeyd edim ki, Çilov Ailə Sağlamlıq Mərkəzi də Pirallahı Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərir və 200 nəfərə yaxın vətəndaşa tibbi xidmət edir. Bu tibb müəssisəsi Bakı tibbi ərazi bölməsinə daxil olan xəstəxanalar arasında mərkəzə ən uzaq məsafədə yerləşən səhiyyə ocağıdır. Buna baxmayaraq, infrastruktur, tibbi xidmətin keyfiyyəti, vətəndaş məmnunluğu baxımından TƏBİB-in qabaqcıl tibb müəssisəsilərindəndir.
Mərkəzin direktoru Azər Zeynalov media-tur iştirakçılarına tibb müəssisəsində tibbi xidmətlərin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi barədə məlumat verdi. A. Zeynalov bildirdi ki, icbari tibbi sığortanın tətbiqi mərkəzin fəaliyyətində keyfiyyət baxımından mühüm irəliləyişə səbəb olub:
- 115 çarpayılıq xəstəxanada Poliklinika, Yoluxucu xəstəliklər, Doğum-Ginekologiya, Terapiya, Uşaq, Cərrahiyyə, Anesteziologiya-Reanimasiya, Təcili tibbi yardım və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Mərkəz müasir portativ USM cihazları, holter, elektroensefaloqrafiya, elastometriya və oftalmoloji avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar, xüsusən tibbi müayinələr və əməliyyatlar üçün əhəmiyyətlidir. Həmçinin sığortanın tətbiqi ilə xəstəxanada laboratoriya xidmətləri beynəlxalq standartlara cavab verən səviyyədə qurulub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri