Icma.az
close
up
RU
Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə media tur təşkil olunub FOTO

Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə media tur təşkil olunub FOTO

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə media-tur təşkil olunub.

APA-nın yerli bürosu verir ki, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə mərkəz barədə məlumat verib.

Bildirib ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək.

Direktor bildirib ki, burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb: “Mərkəzin elektrik təchizatı üçün “Yevlax” arımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib”.

Onun sözlərinə görə, mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib: “Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır”.

A.Məmmədzadə mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılacağını vurğulayıb: “Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri