Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Pişəvərinin qəzaya salınmasında Bağırovun və bu 3 adamın əli var... İlginc istintaq faktları

Pişəvərinin qəzaya salınmasında Bağırovun və bu 3 adamın əli var... İlginc istintaq faktları

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Həmin qəza vaxtı onların özlərini çox şübhəli aparması mənim bu fikrə gəlməyimə əsas verir...”

“Daxili işlər naziri nədənsə mənə və DTN rayon şöbəsinin müdirinə xəbərdarlıq etdi ki, heç kim Pişəvərinin həlak olmasından xəbərdar olmamalıdır. Ancaq 2-3 gün sonra İran radiosu bu xəbəri yaydı...” 

Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
"İstintaq materiallarından...
 

Şahid Salayev Lətif Səməd oğlu: 

(Əvvəli burada:)

“...Mən belə hesab edirəm ki, həmin qəza təsadüfi olmayıb, Pişəvərini qətlə yetirmək məqsədilə təşkil olunmuşdu. Mən aşağıdakı faktlara əsasən bu qərara gəlirəm:

-Pişəvərinin Nuxaya gecə aparmaq üçün heç bir əlavə zərurət yox idi... 

-Maşını saatda 90 km sürətlə qovmaq da vacib deyildi... 

-Pişəvərinin öz maşınında yox, general Qulam Yəhyanın maşınında aparıblar. Sürücü də onun öz sürücüsü yox, generalın sürücüsü imiş... 

-Pişəvərinin ölümündən sonra DTN Şamxor rayon şöbəsinin müdiri Sarkisov Ruben Mirzəyeviç mənə çatdırdı ki, bu qəza baş verməmişdən ona məlum olub ki, sürücü Melixyan İrandakı daşnakların liderinin oğluymuş, onun arvadı polyak qızı Qalla isə İrandakı Britaniya səfirliyində çalışırmış. Bununla əlaqədar Sarkisov Melixyan əleyhinə işə başladı. Bunun üçün həmin iş qoyulmuş qayda üzrə rəsmiləşdirildi, Azərbaycan DTN-nə kartoçka göndərir və oradan cavab alır. Yəni Melixyanın adına Azərbaycan DTN “A” şöbəsində kartoçka açılıbmış. Naxçıvan Muxtar Respublikası DT naziri polkovnik Fərəcov qəzadan sonra mənə danışdı ki, hələ qəza baş verməmişdən xeyli əvvəl o, Azərbaycan DT-ni baş naziri Yemelyanova teleqramla məlumat verib ki, Melixyanın xarici kəşfiyyatın agenti olması müəyyənləşdirilib (Fərəcovun xarici agentura barədə məlumatı vardı). Azərbaycan DTN-nə və onun naziri Yemelyanova hələ qəzadan çox-çox qabaq bəlli olan bütün bu məlumatlara baxmayaraq, sürücü Melixyan general Yəhyanın maşınını sürməkdə davam edirdi. Ona hətta Pişəvərini də gəzdirməyi etibar etmişdilər, daha doğrusu, tapşırmışdılar... 

-Xarakterikdir ki, axırda Pişəvərnin həlak olmasının təfərrüfatlarından xəbərdar olan bütün şəxslər Bağırov və Yemelyanov tərəfindən repressiyaya məruz qaldılar. Sarkisov DTN orqanlarından qovuldu, indi hamam müdiri işləyir. Mən DTN orqanlarından qovuldum, hazırda avto-məktəbin direktoruyam, Fərəcov Naxçıvanda nazir idi, şöbə müdiri vəzifəsinə endirildi. Əksinə, katibliyin rəisi Nuru Quliyevi qəzadan sonra nazir müavini qoydular... 

-O vaxtkı daxili işlər naziri Teymur Yaqubovun da hərəkətləri şübhə doğurur. O nədənsə həmin vaxt Kirovabadda(Gəncə-S.L.) idi, dərhal Yevlaxa gəldi. Ancaq nədənsə xəstəxanaya gəlib, Pişəvəriyə baş çəkməyi lazım bilmədi. Görünür, o bu görüşdən qorxurmuş. O, Pişəvəri üzərində aparılan cərrahi əməliyyatın nəticəsini gözləmədən çıxıb getdi. Həm də nədənsə mənə və DTN rayon şöbəsinin müdirinə xəbərdarlıq etdi ki, heç kim Pişəvərinin həlak olmasından xəbərdar olmamalıdır. Ancaq 2-3 gün sonra İran radiosu bu xəbəri yaydı... 

-Əvvəllər Yemelyanovun mənə münasibəti çox yaxşı idi. O hətta məni nazirliyin IV şöbəsinə müdir qoymağın vaxtı çatdığını da söyləmişdi. Ancaq qəzadan sonra onun mənə münasibəti kəskin səkildə dəyişildi. Yemelyanov Yevlaxa gələndə mən ondan soruşdum ki, Pişəvərini həlak olma səbələrini araşdıran istintaqın nəticələri necədir? Yemelyanov çox acıqlandı və dedi: “Respublikanın sahibi kimdir? Mən və Bağırov, ya sən?” Söhbət əsnasında mən bildirdim ki, nümayəndələrimizin İrandakı fəaliyyətlərinin düzgün olmaması oradakı inqilabı 20 il ləngitdi. Bu, Yemelyanovu daha çox açıqlandırdı. Bundan sonra təqiblər başlandı və onunla nəticələndi ki, məni DTN orqanlarından xaric etdilər. Mən Azərbaycan KP MY-ya gəlib Yemelyanovun qanunsuz hərəkətlərindən Bağırova şikayət etmək istədim. Bu barədə Novikovaya danışdım, o isə məni Bağırovun yanına buraxmadı... 

-Pişəvərinin həlak olma səbəblərini araşdırmaq üçün Moskvadan SSRİ DTN əməkdaşları Bakıya gəldilər. Yemelyanov, Yaqubov və Quliyev işi elə qurdular ki, qəzadan sonra Pişəvərinin özü ilə danışdığıma baxmayaraq, məni dindirməyə çağırmadılar və məndən heç bir şey soruşmadılar. Mən buradan elə bir nəticəyə çıxıram ki, mənim bu iş barədə öz fikirlərimi, şübhələrimi Moskvadan gələnlərə danışmağım Bağırova və Yemelyanova sərfəli deyilmiş... 

-Bir fakt da nəzəri cəlb edir ki, Pişəvəri mühafizə olunmurdu. Ondan əlavə Pişəvəri qəza yerindən 70 kilometr aralıda, Kirovabad şəhərində olan oğlunu gətirməyi xahiş etmişdi. Oğlu ən uzağı bir saat ərzində atasına çatdırıla bilərdi. Ancaq Pişəvərinin bu xahişi yerinə yetirilmədi. Oğlunun o vaxt 20 yaşı vardı... 

-Pişəvəri bir sutkaya qədər sağ qaldı və bu müddət ərzində huşu özündə idi. Görünür, ehtiyat ediblər ki, Pişəvəri qəzanın təsadüfü olmadığını oğluna danışa bilər... 

-Çox qəribədir ki, Pişəvərinin işi üzrə nə Sarkisov, nə də Fərəcov dindirilib... 

Beləliklə, mən hesab edirəm ki, Pişəvəri öldürülüb, ancaq kim öldürüb, bu barədə mənim əlimdə əsaslı dəlil yoxdur. Hər halda mən əminəm ki, Pişəvərinin ölümündə Bağırovun, Yemelyanovun, Yaqubovun və Quliyevin əli var. Həmin qəza vaxtı onların özlərini çox şübhəli aparması mənim bu fikrə gəlməyimə əsas verir...”

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri