Icma.az
close
up
RU
“Pişəvərinin qəzaya düşdüyü maşının sürücüsünün üzərindən 10 min manat pul və “Valter” tapançası çıxdı...” İSTİNTAQ

“Pişəvərinin qəzaya düşdüyü maşının sürücüsünün üzərindən 10 min manat pul və “Valter” tapançası çıxdı...” İSTİNTAQ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Söhbət əsnasında özünü pis hiss etdiyini bildirdi, kömək istədi. Mən dərhal Bakıya, Yemelyanova zəng vurub, baş vermiş qəza və Pişəvərinin səhhəti barədə məlumat verdim. Bundan təqribən 5-6 saat sonra təyyarə gəldi...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada:)

Şahid Salayev Lətif Səməd oğlu: 

“Mən Siyasi idarə - “NKVD” orqanlarında 1930-çu ildən 1950-ci ilədək işləmişəm. 1944-cü ildən 1949-cu ilədək Yevlaxda DTN rayon şöbəsinin müdiri olmuşam... 

1947-ci ilin iyun-iyul aylarında Yevlaxın 14 km-liyində içərisində Demokratik İran Azərbaycanın rəhbəri doktor Pişəvəri olan maşın qəzaya uğramışdı. Qəza barədə mənə məlumat çatan kimi gecə ikən hadisə yerinə yollandım. 28 aprel adına sovxoz ərazisindəki yolda əzilmiş “Qudzon” markalı avtomobili tapdım. Maşın körpünün çəpərinə dirənmişdi. Maşının içindəkilər: Pişəvəri, Qulam Yəhya və Nuru Quliyev yaralı halda rayon xəstəxanasına çatdırılmışdı. Hadisə yerində təkcə sürücü Karnik Melixyan qalmışdı. O, sərnişinlərin sənədlərini əlində tutub durmuşdu. Axtarış zamanı ondan 10,000 manat pul və “Valter” tapançası çıxdı. Mən hadisə yerinin şəklini çəkdim, akt tərtib etdim və Yevlaxa qayıdıb, dərhal rayon xəstəxanasına getdim... 

Pişəvərinin huşu özündə idi. Onun ayağı və bir qabırğası sınmış, digər qabırğaları əzilmiş, başı yaralanmışdı. Quliyevin də huşu özündə idi (o vaxtlar Quliyev DTN-də Yemelyanovun yanında katibliyin rəisi vəzifəsində işləyirdi). General Qulam Yəhya yungül yaralanmışdı, ancaq üzü zədələndiyindən danışa bilmirdi... 

Mən Pişəvəriyə müraciət edərək avtomobil qəzasını baş verdiyi şəraitdən danışmasını xahiş etdim. Pişəvəri mənə danışdı ki, o həmin vaxtlarda Kirovibadneftkəşfiyyatın rəisi olan Nəzər Heydərovun evində imiş. Orada yeyib-içib istirahət edirmişlər. Təqribən gecə saat 4-də Quliyev Pişəvəriyə onunla Nuxaya getməyi təklif edir. Bildirir ki, Nuxa onun doğma torpağıdır, orada anadan olub, böyüyüb. Orada istirahət edib, növbəti günü keçirərlər... Axırda Pişəvəri bir neçə dəfə “Xəyanət” sözünü təkrar etdi və bildirdi ki, “Mən on bir il İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvam-əs–Səltənə məni məhv edə bilmədi. İndi isə nəhayət, onlar öz niyyətlərinə çatdılar”... 

Mən Pişəvəridən soruşdum ki, o niyə belə danışır, o ki, öz maşınında, öz sürücüsü ilə yola çıxıb. Pişəvəri mənə cavab verdi ki, “Maşın da, sürücü də mənim yox, general Qulam Yəhyanın idi”. Pişəvəri öz şübhələrini də mənə bildirdi ki, o, adətən heç vaxt sürücünün yanında oturmur, bu dəfə nədənsə onu sürücünün yanında əyləşdirmişdilər... 

Söhbət əsnasında Pişəvəri özünü pis hiss etdiyini bildirdi, kömək istədi. Mən dərhal Bakıya, Yemelyanova zəng vurub, baş vermiş qəza və Pişəvərinin səhhəti barədə məlumat verdim. Bundan təqribən 5-6 saat sonra təyyarə gəldi. Nazir müavini Kərimov, səhiyyə nazirinin müavini Səlim Səmədov, professor Zülfüqar Məmmədov, mayor Sarıcalinski və tibb bacıları həmin təyyarə ilə gəlmişdi. 

Məşhur həkim-cərrah professor Məmmədov, Pişəvəri üzərində  şəxsən özü cərrahi əməliyyat apardı. Mənim çağırışımla Gəncədən həkim-cərrah Qasım xan Talışinski və Dağlıq Qarabağdan cərrah  Əsriyan da gəlmişdi... 

Mənimlə söhbət zamanı Quliyev bildirdi ki, onlar Nuxaya gedib, orada istirahət etmək istəyirmişlər... 

Sürücü Melixyan dedi ki, gecə yol getdiklərindən sükan arxasında mürgüləyib və bu qəzaya səbəb olub. Lakin sükan ikiyə bölünmüşdü. Buradan da aydın olur ki, Melixyan sinəsi əzilməsin deyə, sükandan var gücü ilə yapışımdı. Bunu isə yatmış vəziyyətdə yox, qabaqcadan təhlükə hiss edib, özünün qorumaq üçün edə bilərdi. Mən belə hesab edirəm ki, həmin qəza təsadüfi olmayıb, Pişəvərini qətlə yetirmək məqsədilə təşkil olunmuşdu. Mən aşağıdakı faktlara əsasən bu qərara gəlirəm:

(Davamı var)

Təqdim etdi: Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri