Icma.az
close
up
RU
Pişik bəsləyənləri gözləyən TƏHLÜKƏ: Kor ola bilərsiniz! FOTO

Pişik bəsləyənləri gözləyən TƏHLÜKƏ: Kor ola bilərsiniz! FOTO

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada ən çox sevilən heyvanlardan biri pişikdir. Ölkəmizdə də vəziyyət belədir desək, yanılmarıq. Lakin bir çox insan onlardan keçə biləcək xəstəliklərdən xəbərsizdir. Xüsusən də pişiklərin cırmaqlaması və dişləməsi diqqətə alınmasa, ciddi xəstəliklərə yol aça bilir. Bu xəstəliklərdən biri Bartonelladır. Oxşar halı yaşayan bir şəxs pişik cırmaqlamasından 1 ay sonra görmə qabiliyyətinin itirib.

Bəs Bartonella nədir?

News24.az bildirir ki, Bartonella insanlara və heyvanlara təsir edən bakterial infeksiyalardan biridir. 

Bu xəstəlik əsasən heyvanların, xüsusilə pişiklərin dişləməsi və ya cırmaqlaması nəticəsində ötürülür. Bartonella bakteriyası müxtəlif növlərdə olur və onların hər biri müxtəlif xəstəliklərə səbəb ola bilər.

Bartonella infeksiyası “Bartonella henselae” kimi bakteriyalar tərəfindən törədilir. Bu bakteriyalar heyvanların qanında yaşaya bilir və bir çox hallarda pişiklər əsas daşıyıcılar sayılır. İnsanlara isə bir neçə yollarla keçə bilər. Belə ki, pişik cırmağı və ya dişləməsi zamanı bakteriya pişiklərin tüpürcəyi və dırnaqları vasitəsilə insana keçə bilər. Bəzi Bartonella növləri gənələr, bitlər və qum milçəkləri vasitəsilə də ötürülə bilər. Nadir hallarda, infeksiya yoluxmuş qan və ya steril olmayan tibbi avadanlıqlarla da yayıla bilər.

Bartonella infeksiyasının simptomları yoluxma yolundan və bakteriya növündən asılı olaraq dəyişir. Ən çox rast gəlinən 3 forması var:

1. Pişik cırmağı xəstəliyi (Cat Scratch Disease – CSD)

Əsasən pişik cırmağı və ya dişləməsi nəticəsində yaranır. 

Simptomlar: Cırmaq və ya dişləmə yerində qızartı, şişkinlik və irinli yara, yaxınlıqdakı limfa düyünlərinin böyüməsi və ağrılı olması, qızdırma, halsızlıq, baş ağrısı, bəzən dəri töküntüləri və göz problemləri.

2. Xətti angiomatoz (Bacillary Angiomatosis)

Əsasən immun sistemi zəif olan insanlarda, xüsusilə QİÇS xəstələrində rast gəlinir. 

Simptomlar: Dəridə və daxili orqanlarda qırmızı, qabarıq damar mənşəli şişlər, həddindən artıq yorğunluq və zəiflik, ağırlıq hissi və ağrılar.

3. Trenç qızdırması (Trench Fever)

Bartonella quintana bakteriyası tərəfindən törədilir və əsasən bitlər vasitəsilə yayılır. 

Simptomlar: Yüksək temperatur, üşütmə və titrətmə, baş və əzələ ağrıları, sümüklərdə və oynaqda şiddətli ağrılar, aralıqlı qızdırma tutmaları.

Bartonella infeksiyasını aşkar etmək üçün bəzi diaqnostik metodlardan istifadə edilir. Bunlar antikorların və ya bakteriyanın özünün aşkar edilməsi üçün qan testləri, bakteriyanın DNT-sini aşkar edərək infeksiyanı təsdiqləyən PCR testi, xüsusilə Bacillary Angiomatosis hallarında şişlərin biopsiyası diaqnozun qoyulması üçün Biopsiya testidir.

Bartonella infeksiyasının müalicəsi xəstəliyin formasına və ağırlıq dərəcəsinə görə dəyişir. Yüngül hallar (pişik cırmağı xəstəliyi) adətən öz-özünə sağalır və yalnız simptomatik müalicə tələb olunur (istirahət, ağrıkəsicilər, temperaturu salan dərmanlar). Antibiotik müalicəsi daha ağır hallarda və ya immun sistemi zəif olan xəstələrdə istifadə edilə bilər.

Bartonella infeksiyasından qorunmaq üçün müəyyən tədbirləri görmək vacibdir. Pişik cırmağından və dişləməsindən qaçınmaq, cırmaqlanmış və ya dişlənmiş yeri dərhal sabun və su ilə yumaq, heyvanların gənə və bitlərdən qorunmasını təmin etmək, ev heyvanlarının müntəzəm olaraq baytarlıq müayinəsindən keçirilməsi, xüsusilə ev heyvanları ilə sıx təmasda olan şəxslər üçün gigiyenaya diqqət yetirmək vacib məqamlardır.

Bartonella infeksiyası adətən ciddi təhlükə yaratmasa da, bəzi hallarda ağırlaşmalara səbəb ola bilər. Xüsusilə immun sistemi zəif olan şəxslərdə xəstəlik daha ağır keçə bilər. Pişik cırmağı və dişləmələrindən qorunmaq, şəxsi gigiyena qaydalarına riayət etmək və simptomlar yarandıqda vaxtında həkimə müraciət etmək xəstəliyin qarşısını almağın ən effektiv yollarındandır. /sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri