Icma.az
close
up
RU
Pişiklər niyə beton plitələrin üzərində uzanmağı sevir?

Pişiklər niyə beton plitələrin üzərində uzanmağı sevir?

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox insan pişiklərin isti havada beton plitələrin və ya səki daşlarının üzərində uzandığını müşahidə edib. Bioloqlar bildirirlər ki, bu davranışın arxasında təkcə rahatlıq deyil, bir neçə təbii instinkt dayanır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, biologiya professoru Conathan Losos bildirib ki, betonun kobud səthi pişiklərin bədənlərinin çata bilmədikləri hissələrini qaşımasına kömək edir. Bu sürtünmə heyvana xoş hiss bəxş etməklə yanaşı, qoxusunu səthə ötürərək ərazisini işarələməsinə də imkan yaradır.

Ev heyvanlarının davranışı üzrə mütəxəssis Dr. Annie isə qeyd edib ki, pişikləri cəlb edən amillərdən biri də yenilik hissidir. Onun sözlərinə görə, beton bloklar pişik üçün adi mühitdən fərqli və maraqlı obyekt hesab olunur. Mütəxəssis əlavə edib ki, günəş altında qızan beton səthlər də pişiklər üçün xüsusilə cəlbedicidir. Çünki bu heyvanların bədən temperaturu insanlardan yüksəkdir və onların əcdadları daha isti iqlim şəraitinə uyğunlaşıblar.

Alimlərin sözlərinə görə, pişiklərin termoneytral temperatur zonası təxminən 30–38 dərəcə arasındadır. Bu temperaturda onların orqanizmi nə isinmək, nə də soyumaq üçün əlavə enerji sərf edir. Məhz buna görə günəş altında isinmiş beton onlar üçün olduqca rahat istirahət yeri sayılır.

Bioloqlar hesab edirlər ki, bu davranışı daha yaxşı öyrənmək üçün müxtəlif formalı və fərqli materiallardan hazırlanmış səthlər üzərində də müşahidələr aparmaq maraqlı nəticələr verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Avqust 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri