Pit Heqset ABŞ Silahlı Qüvvələrinin əsas sursat ehtiyatlarının tükəndiyini təkzib edib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin əsas sursat ehtiyatlarının tükəndiyini təkzib edib.
XQ xəbər verir ki, Pit Heqset “X” sosial şəbəkə hesabında CNN telekanalının yaydığı məlumatı şərh edərkən “Bu başlıq həqiqətə uyğun deyil” yazıb.
Daha əvvəl CNN telekanalı öz mənbələrinə istinadla Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenalın vəziyyətindən ciddi narahat olduğunu bildirib. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. CNN-in mənbələri ABŞ-nin müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatının təxminən 80 faizini, həmçinin “Patriot” raketlərinin ehtiyatlarının təxminən yarısını istifadə etdiyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 05 Avqust 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















