Icma.az
close
up
RU
Piyadanı vurub qaçdı, başqa maşın üstündən keçdi MƏHKƏMƏ

Piyadanı vurub qaçdı, başqa maşın üstündən keçdi MƏHKƏMƏ

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Lənkəran rayonunun Vilvan kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən qəza törədən sürücü hakim qarşısına çıxarılıb. Mərhumun oğlu sürücünü bağışlayıb.

Amma iş üzrə maraqlı detallar üzə çıxıb. Məlum olub ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Xəsarət alan şəxsin üzərindən başqa bir avtomobil də keçibmiş.

Avtosfer.az xəbər verir ki, Vilvan kənd sakini, 56 yaşlı Hüseyn Yəhya oğlu Əliyevi avtomobili ilə vuraraq hadisə yerindən qaçan şəxs Murad Abdullazadə olub.

O, “Khazar” markalı avtomobili ilə taksi fəaliyyəti göstərirmiş.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Murad qəzanı törədəndən sonra hadisə yerindən qaçıb. Bir gün sonra özü polisə təslim olub. O, hadisə yerindən qaçmasını qorxması ilə izah edib:

“Birinci maşını saxlayıb düşdüm. Hava qaranlıq idi. Sonra oradan uzaqlaşdım. Yolda bir sərnişin də zəng etdi. Onu yola salandan sonra evə getdim. Amma heç kimə heç nə demədim. Maşını həyətdə saxladıqdan sonra piyada gəzməyə başladım. Bir müddət sonra yoldaşım zəng edib polislərin məni axtardığını dedi. Mən də gedib təslim oldum”.

Murad deyib ki, mərhumu vursa da, onun ölümünə səbəb olmayıb. Dediyinə görə, piyada yıxılandan sonra onu başqa bir maşın vurub.

Həmin sürücü də məhkəmədə dindirilib. Sürücü deyib ki, yerdə olan meyiti görməyib və onun ayaqlarının üstündən keçib. Onun sözlərinə görə, hadisə yerində olan kənd sakinləri ona deyiblər ki, mərhumu başqa maşın vurub və ölümünə səbəb olub.

Mərhumun oğlu isə Muraddan yox, digər sürücü Elmandan şikayətçidir. Deyir ki, atasının ölümünə səbəb Elman olub:

“Elman yas xərclərinə 1000 manat da təklif etmişdi. Günahkar odur. Mən müstəntiqə də dedim. Müstəntiq səndləri imzalayanda işin məhkəməyə getməli olduğunu dedi. Məhkəməyə gələndə bilmişəm ki, günahkar Murad göstərilib. Mən Muradı bağışlamışam, günahkar Elmandır”.

Murad Abdullazadə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Ona 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İşdə diqqət çəkən məqam təqsirləndirilən şəxsin hadisə yerindən qaçmasına baxmayaraq, ona yüngül maddə ilə cinayət işinin açılmasıdır. Digər diqqət çəkən məqam isə mərhumun oğlunun piyadanı ilk vuran təqsirləndirilən şəxsdən yox, digər sürücüdən şikayətçi olmasıdır.(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri